Xəbər Lenti
Bugün, 07:43
Tayvan çox sayda Çin təyyarəsinin hava məkanını pozduğunu dedi: Yerüstü raket sistemləri göndərildi
7-06-2023, 07:20
“Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib
7-06-2023, 07:19
82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub
7-06-2023, 07:08
“Philip Morris”in rəhbəri dünyada siqaretə qadağa qoyulması üçün tarix təyin etməyin zəruriliyini açıqladı
Jah Khalibin pərəstişkarları ləğv edilmiş konsertlər üçün pullarını geri ala bilmirlər

Musiqiçinin fanatları bildiriblər ki, Moskva və Sankt-Peterburqdakı konsertlərə bilet satanlar pulu qaytarmaqdan imtina edirlər. Satıcılar konsert təşkilatçılarının pulu geri qaytarmaq istəmədiklərinə istinad edirlər.
“Dinləyicilərə qarşı belə münasibətlə qarşılaşmaq çox üzücüdür. Artıq bir aydır ki, pulun geri qaytarılmasını gözləyirik”, - deyə Jah Khalibin konsertində iştirak etmək istəyənlərdən biri gileylənib.
Aprelin 19-da məlum olub ki, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Khalibin Moskva və Sankt-Peterburqdakı konsertləri ləğv edilib. Sənətçinin konsertləri Moskvada aprelin 23-də, Sankt-Peterburqda isə aprelin 25-də keçirilməli idi.
Mənbə: Oxu.Az