Xəbər Lenti
Bugün, 21:14
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Bugün, 14:24
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Bugün, 14:20
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Dünən, 13:48
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
14-06-2026, 14:47
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 13:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
"Expressbank"da qanvermə aksiyası keçirildi
"Expressbank” korporativ sosial məsuliyyətinə hər zaman həssas yanaşan maliyyə institutu olaraq ənənəvi qanvermə aksiyasını bu il də həyata keçirib.
Mərkəzi Qan Bankının dəstəyi ilə ərsəyə gələn aksiya zamanı donorların sağlamlıq vəziyyəti peşəkar həkim-hemotoloq tərəfindən müayinə olunduqdaq sonra yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb. Tədarük olunan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə çatdırılmaq məqsədilə depolanıb.
8 may Beynəlxalq Talassemiya Günü münasibətilə bankın Baş ofisində keçirilən aksiyaya bankın paytaxt filiallarından da qatılanlar olub. Aksiyada həmçinin bankın rəhbər heyəti, o cümlədən Müşahidə Şurasının müstəqil üzvü, Audit Komitəsinin sədri Fuad Məmmədov, İdarə Heyətinin sədri Mehman Məmmədov və İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Rüfət Mürşüdlü də iştirak edib.
Qeyd edək ki, qanvermə aksiyaları "Expressbank”da artıq illərdir ki, davam edir və ənənə halını alıb. Bank bildirib ki, bu tipli aksiyaların təşviqinə irəlidəki illərdə də dəstəyini göstərəcək.
"Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.























































