Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 08:47

Neftimiz bahalaşdı

QƏLPƏ YADDAŞI
8-05-2025, 20:03

QƏLPƏ YADDAŞI

ŞƏHİDLİYƏ GEDƏN YOL...
8-05-2025, 19:58

ŞƏHİDLİYƏ GEDƏN YOL...

10 May 2025 16:40Manşet / Gündəm / Sosial

AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.

 

10 May 2025-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və Birliyin əməkdaşları Fəxri Xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı iştirakçılar Heydər Əliyevin məzarı önünə tər güllər düzərək, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıqla xatırlayıblar. Ulu Öndərin ömür yolu, siyasi fəaliyyəti və xalqımıza bəxş etdiyi əvəzolunmaz töhfələr haqqında xoş və dərin mənalı sözlər səsləndirilib.

Füzuli Rzaquliyev çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycan tarixində tayı-bərabəri olmayan dövlət xadimi, böyük strateq və əsl xalq lideri kimi qalacaq:

“Bugünkü müstəqil, güclü və qalib Azərbaycanın təməlində məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və xalqına sonsuz sevgisi dayanır. Onun siyasi irsi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu, hər bir azərbaycanlının qürur mənbəyidir. Biz veteranlar olaraq, onun əziz xatirəsini daim uca tuturuq.”

Veteranlar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərkən, onun hərbi sahəyə, ordu quruculuğuna, veteranlara və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayıblar. Bildirilib ki, Ulu Öndər hələ sovet dövründə belə Azərbaycanlı hərbçilərin, müharibə qəhrəmanlarının sosial rifahına və hörmətlə anılmasına xüsusi diqqət yetirib.

Ziyarət çərçivəsində tədbir iştirakçıları Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər. Onun elm və səhiyyə sahəsindəki xidmətləri, yüksək mənəvi keyfiyyətləri hörmətlə yad edilib.

Veteranlar Octimai Birliyinin əməkdaşları tədbirin sonunda bildiriblər ki, Ulu Öndərin ideyaları daim yaşadılmalı və yeni nəsillərə ötürülməlidir. Heydər Əliyev yalnız bir dövrün deyil, bütöv bir millətin yaddaşında əbədiyaşar lider kimi qalacaq. Onun ideyaları və siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu davamlılıq Azərbaycan xalqının rifahı və təhlükəsizliyinin təminatçısıdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi hər il olduğu kimi, bu il də 10 May tarixini böyük ehtiramla qeyd edərək, dövlətçiliyimizə və müstəqilliyimizə sədaqətini bir daha nümayiş etdirmişdir.

102info.az