Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli- 65
Dünən, 18:50

Tapdıq Əlibəyli- 65

Tramp Çinə gedir
Dünən, 08:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 08:33

14 yolda tıxac var - Siyahı

07 Fevral 2024 08:59Manşet / Gündəm

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir

 

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsverməyə start verilib.

Oxu.Az xəbər verir ki, səhər saat 08:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyirlər.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

 

Bizimlə əlaqə saxlayın