Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

31 Ara 09:00Dünya

ABŞ-da mədəaltı vəzi xərçənginin müalicəsi üçün üçlü immunoterapiya hazırlanır

ABŞ tədqiqatçılarının araşdırmalarına görə, üç müxtəlif növ immunoterapiyanın kombinasiyası mədəaltı vəzi (pankreas) xərçənginin ən ağır formalarının belə müalicəsində çox effektivdir.

AZƏRTAC xəbər verir ki, Hyustondakı Texas Universitetindən verilən məlumata görə, kombinasiya laboratoriya siçanlarının 90 faizinin ömrünü uzadıb, terapiyanın klinik sınaqlardan keçirilməsinə yol açıb.

"Ənənəvi olaraq, pankreas xərçəngi demək olar ki, immunoterapiyaya cavab vermir, lakin bizim testlərimiz göstərdi ki, immunoterapiyanın bir neçə formasının düzgün kombinasiyası seçildikdə onun hüceyrələri hücuma qarşı çox həssas olur”, - deyə universitetdən bildirilib.

Amerikalı tədqiqatçıların fikrincə, mədəaltı vəzi xərçəngi dünyada şişlərin ən çox yayılmış və eyni zamanda ölümcül formalarından biri olaraq qalır. Hər il təxminən 460 min insana diaqnoz qoyulur və eyni zamanda, ilkin şişlər, metastazlar və neoplazmaların bu formasının inkişafı ilə əlaqədar ağırlaşmalardan hər il təxminən 432 min xəstə həyatını itirir. Orta hesabla şiş aşkar edildikdən beş il sonra xəstələrin yalnız 9 faizi sağ qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır