Xəbər Lenti
1-06-2026, 21:41
Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
1-06-2026, 21:35
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
1-06-2026, 17:09
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
05 Fevral 2023 20:41Mədəniyyət
Gənc Tamaşaçılar Teatrında premyera
Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Mauqli” adlı tamaşanın premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” kitabları əsasında hazırlanan “Mauqli” adlı tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
“Çarlz Dikkensin ədəbi varisi” kimi xatırlanan yazıçı Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, “Cəsur kapitanlar”, “Mükafatlar və pərilər” və s. əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub. Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında, xüsusən Rusiyanın aparıcı teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb.
Yeni tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Nurlan Süleymanlı, Aybəniz Heydərova, Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Elgün Yəhyayev, Gülbəniz Lətifova, Xəyalə Qasımova canlandırıblar.
Rejissorun fərdi yozumu ilə rəngarəng əhvallı tamaşadakı hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi həyat tərzi sürməyə, yaşamağa məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin özünü insan kimi hiss etməsinə səbəb olur.
Qeyd edək ki, tamaşanın premyerası çərçivəsində həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “Askerov Art Studio”nun tərkibində rəssamlıq fəaliyyəti ilə məşğul olan məktəb yaşlı uşaqların Mauqlinin həyat tərzini əks etdirən rəsm əsərlərindən ibarət sərgisi açılıb.