Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Azərbaycan tamhüquqlu iştirakçı oldu
“Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatındakı iclasında bildirib.
“Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm”, – deyə Özbəkistan Prezidenti vurğulayıb.























































