Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov: “Azərbaycan polisi hər zaman vətəndaşların xidmətindədir”
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Mehriban xanım Əliyeva – Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən xeyirxah şəxsiyyət
“Tamstore” 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail oldu
“Tam istədiyiniz market” sloqanı ilə fəaliyyət göstərən “Tamstore” marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley-100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib.
“Qafqazinfo” xəbər verir ki, bu gün açılan yeni Binəqədi mağazası ilə şəbəkənin ümumi sayı 100 olub.
Şirkət hazırda 300-dən çox ofis əməkdaşı, həmçinin 4000-ə yaxın mağaza personalı ilə “mini”, “city” və “super” olmaqla üç fərqli formatda müştərilərə xidmət göstərir.
Yubiley açılışı münasibətilə mediaya açıqlama verən “Tamstore” marketlər şəbəkəsinin baş icraçı direktoru Ceyhun Yusubov bildirib ki, qarşıya qoyulan üç ilə 100 mağaza hədəfi komandanın böyük əməyi sayəsində daha tez və uğurla tamamlanıb: “Hazırda marketlər şəbəkəmiz Bakıda 56, Abşeronda 8, Sumqayıtda 6, Naxçıvanda 2 və regionlarda 28 mağaza ilə hər gün 200 minə yaxın müştəriyə xidmət göstərir”.
O, bildirib ki, bu göstəricilər sadəcə rəqəm deyil, illər ərzində onlara güvənən xalqımızın və onlara xidmət göstərən komanda üzvlərinin birgə əməyinin nəticəsidir.
Ceyhun Yusubov yüzüncü mağazanın onlar üçün yeni bir başlanğıc xətti olduğunu, qarşıdakı dövrdə hədəflərinin daha çox regiona çatmaq, xidmət səviyyəsini və rəqəmsal təcrübəni gücləndirməklə “Tamstore” brendini Azərbaycanda etibarın ünvanına çevirmək olduğunu bildirib və bu yolda “Tamstore”u seçən hər kəsə təşəkkürünü ifadə edib.






















































