Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Yasamal rayonunda aparıldığı iddia edilən tikinti ilə bağlı suallar cavab gözləyir…
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində aparıldığı bildirilən tikinti işləri ətrafında sakinlərin narahatlığı artmaqdadır. Redaksiyamıza daxil olan müraciətlərdə qeyd olunur ki, sözügedən ərazidə həyata keçirilən tikinti ilə bağlı müxtəlif suallar yaranıb və yerli sakinlər aidiyyəti dövlət qurumlarından məsələyə aydınlıq gətirilməsini xahiş edirlər.
Müraciətlərdə iddia olunur ki, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı, müvafiq icazələrin alınıb-alınmadığı və layihənin şəhərsalma normalarına cavab verib-vermədiyi barədə ictimaiyyətə hər hansı ətraflı məlumat təqdim edilməyib. Bu isə ərazidə yaşayan vətəndaşlar arasında haqlı narahatlıq doğurur.
Sakinlərin sözlərinə görə, tikinti prosesi ətraf mühitə, hərəkətin təşkili və yaşayış şəraitinə müəyyən çətinliklər yaradır. Onlar hesab edirlər ki, bu kimi hallarda şəffaflığın təmin olunması, layihəyə dair bütün icazə sənədlərinin ictimaiyyətə açıqlanması və qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi vacibdir.
İctimaiyyəti düşündürən əsas suallardan biri də budur: əgər tikinti tam qanuni əsaslarla aparılırsa, niyə bu barədə rəsmi izahat verilmir? Əksinə, əgər hər hansı qanun pozuntusu mövcuddursa, aidiyyəti qurumlar tərəfindən hansı tədbirlər görülür?
Bu baxımdan, Yasamal Rayon İcra Hakimiyyətinin, eləcə də şəhərsalma və tikintiyə nəzarət edən digər səlahiyyətli qurumların məsələ ilə bağlı rəsmi mövqe bildirməsi, tikintinin hüquqi əsasları barədə ictimaiyyəti məlumatlandırması məqsədəuyğun olardı.
Qanunun aliliyi, şəffaf idarəçilik və vətəndaş müraciətlərinə həssas münasibət dövlət idarəçiliyinin əsas prinsiplərindəndir. Buna görə də qeyd olunan ərazi ilə bağlı səsləndirilən narahatlıqların obyektiv araşdırılması, bütün faktların yoxlanılması və nəticələrin ictimaiyyətə açıqlanması həm sakinlərin narahatlığının aradan qaldırılmasına, həm də dövlət qurumlarına olan ictimai etimadın möhkəmlənməsinə xidmət edər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
PS. Əməkdaşlarımız tikinti yerində işçilərin təhlükəsizlik qaydalarına riayət etməyini şahidi olublar.
Xezertv.info






















































