Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub
Həqiqixəbər və Xüsusi.Tv-nin əldə etdiyi məlumata görə, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub. Hadisə 10 sentyabr tarixində, saat 02:30 radələrində qeydə alınıb.
Sakinlərin şikayətlərinə əsasən, gecə vaxtı aparılan ağır texnika ilə söküntü işləri ictimai asayişi pozaraq insanların dincəlməsinə maneə yaradıb. Məsələ ilə bağlı jurnalistlər hadisə yerinə cəlb olunub.
Həqiqixəbər Xüsusi.Tv və bir neçə media orqanının əməkdaşları ərazidə çəkiliş apararkən məlum olub ki, tikinti işlərinə havadarlıq edən, adı hələlik müəyyən edilməyən bir qadın jurnalistlərin fəaliyyətinə mane olub və onların ünvanına əsassız ittihamlar səsləndirib.
Daha sonra 102 Zəng Mərkəzinə rəsmi müraciət edilib. Müraciət əsasında 29-cu Polis Bölməsinin çevik alayı hadisə yerinə gəlib və dərhal tədbir görərək qanunsuz söküntü-tikinti işlərini dayandırıb.
Hadisə yerində jurnalistlərə təzyiq göstərən qadın isə hüquqi araşdırmalar aparılması məqsədilə polis bölməsinə aparılıb.
Qanunvericiliyə görə, hər hansı tikinti və ya söküntü işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarından müvafiq icazələrin alınması tələb olunur. İcazəsiz aparılan fəaliyyət isə qanunsuz tikinti hesab olunur və inzibati, hətta cinayət məsuliyyəti yarada bilər.
Hazırda Yasamal rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlama verməsi gözlənilir.
Həqiqixəbər və Xususi tv komandası və digər media qurumlarının əməkdaşları hadisə yerində olub, bütün baş verənləri lentə alıb və mövzu ilə bağlı araşdırmanı davam etdirir.























































