Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 16:17

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 15:10

Pərviz Şahbazova ağır itki

Tapdıq Əlibəyli  - 65
29-06-2026, 12:13

Tapdıq Əlibəyli - 65

01 İyul 2026 16:43Manşet / Gündəm / Sosial

ARXA CƏBHƏNİN QƏHRƏMANLARI

 

Sədaqəti dərk etmək böyük şərəf göstəricisidir

DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI KİTABI

(Sənədli, publisistik roman)

YAŞADAN YAŞAYIR...

(ixtisarla)

 

“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”.                                                                                                             

                                                                                                       Ulu öndər Heydər Əliyev

 

Sədaqətli olmaq ləyaqət, sədaqəti dərk etmək böyük şərəf göstəricisidir. Ömrümüzün yaşadığımız illərində həmişə axtarışda oluruq, yaxşı insan axtarışında. Doğmalar, ətraf, yoldaşlar və cəmiyyətin özünü belə, min kilometr o yandan tanımağa başlayırıq. Yaxşılara görə Allaha səcdə edirik, etməliyik də. Dünya sütunları bu yaxşıların çiyinlərində dayanıqlıdı, mövcuddu, bərqərardı. Hər şeyi öz adı ilə çağırmağı və yazmağı öyrənmək lazımdır. Bunu isə hər kəs öz baxış bucağından, düşüncə tərzindən aslı olaraq qəbullanır. Olsun, sadəliyin mənalı, səmimi və hər bağlı ürəyi açan cazibəsini heç nəylə müqayisə edə bilməzsən. Hər şeyi olduğu kimi görmək, gördüyünü də olduğu kimi çatdırmaq bəzəkli deyilən dostları, ritorikaları, mübaliğələri, şişirtmələri arxada qoyur.


Vilayət Süleyman oğlu Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik. Bu, cənab generalın daşıdığı status və böyük vəzifəsidi.


Lap əvvəldən; Vilayət Eyvazov 1968-ci il Naxçıvan MSSR, Culfa rayonunun Əbrəgünəş kəndindən anadan olmuş, bu sadə kənd cavanının da təbii ki, bütün gənclərdə olduğu kimi həyatdan öz gözləntiləri, öz işıqlı arzuları var idi. Onun özü də bilmirdi tale ona hansı yolu açacaq, hansı yol onun taleyinin göstəricisinə çevriləcək. Allah hər kəsin ömür kitabını ana bətnində ikən yazmağa başlayır.


Bu sübut olunmuş həqiqətdir. Yolu Allah açır, onu düzgün məcraya yönəltmək isə insanın öz əlinə verilir. Vilayət müəllimin tale yolunun başlanğıcı parlaq, şərəfli səhifəsi vətəninin böyük cəfakeşi Ulu Öndər Heydər Əliyevlə qarşılaşması ilə yazılmağa başlayır. Heydər Əliyev Azərbaycanın pasibanı idi. Onun yüksəlişi yolunda fədakarlıqla çalışırdı. Yurdumuzun hər bucağında bu böyük Azərbaycanlının izi ürəklərdə xatirəsi, dildə-ağızda isə sözü-söhbəti yaşayır. İllər-illərə calanır, tarix isə bu böyük şəxsiyyətin adını, şöhrətini gələcəyə aparır. Müasir Azərbaycan tarixinin yetişdirdiyi nadir insan, dahi şəxsiyyət özü elə bir şanlı tarix idi! Əbədiyaşar, fövqəlbəşər! Vilayət müəllimin taleyinə keşməkeşli, çətin, həm də fəxarətli bir yol yazılmışdır. Heydər Əliyev yolu, Heydər Əliyev əqidəsindən, prinsiplərindən keçən şərəfli yol. Heydər Əliyev prinsiplərinə vəfa yolu. Sadə bir cavanın bu nəhəng şəxsiyyət tərəfindən qəbullanması isə Heydər Əliyev intuisiyasının Vilayət Eyvazov timsalında düzgün işləməsinin bariz sübutudu. Heydər Əliyev Azərbaycana olan sevgisini “Azərbaycan” şeirindəki “Anam doğma vətənimsən, Azərbaycan, Azərbaycan!” söylərkən o sevginin izharından kövrələrkən vermişdi. Ürək yanmasa gözdən yaş çıxmaz, ürək sevəndə göz ağlayır. Böyük kişilərin kövrəlib ağlaması belə böyük nümunədir. Heydər Əliyev Azərbaycanı necə sevirdisə ətrafında vətəni şərtsiz, təmənnasız sevən insanlar görmək istəyirdi. Bu inamın barmaqla sayılacaq ünvanlarından biri də Vilayət Eyvazov idi. Vilayət Eyvazov vətənə, xalqına, dövlətçiliyinə sədaqəti ilə seçilən şəxsiyyətlərdən biridi. Onun gəncliyi elə bir başlanğıcdan öz sürətini götürdü ki, bu Azərbaycanda siyasi mübarizənin ən tərəddüdlü anları idi. O tərəddüdlərin içində, o xaosda bir Heydər Əliyev var idi və onunla bir əqidədə ona bu yolda dəstək olmağı öz həyat amalına, kredosuna çevirənlər var idi. SSR-i dövründə Azərbaycanda əsas müraciət forması “yoldaş” və “müəllim” idi. “Yoldaş” artıq köhnəlmiş sözlər sırasına – arxaizmə çevrilməkdədir. “Müəllim” müraciət forması isə dəyişməzdir. Çünki, müəllim deyəndə yüksək savadı, zəngin, mənəvi aləmi, dinləmək mədəniyyəti cəmiyyətdə fərdin yaratdığı obraz nəzərdə tutulur. İnsan son dərəcə mürəkkəb, ziddiyyətli varlıqdır. Onun dünyagörüşü, zövqü, maraq dünyası da çox önəmlidir. Bu mürəkkəb varlığın dünyagörüşünün, zövqünün formalaşmasına müxtəlif amillər təsir edir. İnsanın mənəvi dünyası necədirsə, nə düşünür sualının cavabı onun xarakteri haqqında müəyyən təsəvvür yaradır. Şübhəsiz ki, insanın xarakterinə, dünyagörüşünə təsir edən səbəblərdən biri də keçdiyi təcrübədi. Vilayət müəllim bu təcrübənin başlanğıcını o böyük məktəbdən – Heydər Əliyev məktəbindən götürdü. Gəncliyinin ilk anlarından bu çətin şərəfli yolun məsuliyyətini dərk edərək yaşadı. Əqidə ağlın gücüdü deyirlər. Heç bir əqidəli insanı hər hansı məkirli qüvvə yerindən tərpədə bilməz. Vilayət Eyvazov general-polkovnik rütbəsinə heç də rahat arxayın sakit yollarla gəlib çatmamışdır. O, 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamışdır. Sonra ən çətin peşə fəaliyyətinin daha qabarıq tələb olunduğu cinayət-axtarış qürumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. Etiraf edək ki, gənc yaşlarından vəzifə rütbə yüksəlişi müqabilində mənəvi keyfiyyətləri saxlamaq hər kəsə nəsib olmur. Mən bunu cənab generalın xarakteri ilə yanaşı, həm də keçdiyi yüksək H.Əliyev yolu, H.Əliyev əqidəsi, H.Əliyev əxlaqı ilə bağlayıram. Nisbilik nəzəriyyəsinin banisi A.Eynşteyn deyirdi: “Dostayevski mənə hər bir mütəfəkkirdən çox şey verir.” Yəni hər bir insanın (özünü yaratmış insandan söhbət gedir red.) həyat yolunda tapındığı, istinad etdiyi bir mənəvi müəllimi olur. Vilayət Eyvazov üçün bu nümunə Heydər Əliyev idi. Vicdanlı olmağın, öz peşəsinə, millətinə, xalqına, vətəninə vicdan, vəfa borcunun nə olduğunu dərk edənlər üçün H.Əliyev bir nümunə olmalı idi. Çünki o bunu özü edirdi və inandığı, güvəndiyi hər kəsdən də bunu tələb edirdi. Vilayət müəllimin ölkədə gedən ictimai-siyasi mübarizələrə qoşulduğu gənclik çağlarından Azərbaycan xalqına, onun asayişinə xidmət etmək istəyi qəlbində dumduru bulaqtəki çağlamağa başladı. Düşünmək, çalışmaq, yollar axtarmaq, mübarizə aparmaq gərəkdir. O, işlərin və vəzifələrin həcmindən qorxmadan, yorulmadan fəaliyyətə başladı. Sonra bu fəaliyyət istiqamətləri yolunda yeni işlər görüldü. Böyük təcrübə qazanıldı, irəliləyişlər baş verdi. Bu onun Daxili İşlər Nazirliyində 2004-cü ildən 2022-ci ilə qədər olan həyat yolunu əhatə etdi.


Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir. Bu illəri əhatə edən peşə fəaliyyəti ona, bir peşəkar, vətənpərvər kimi bağlandığı peşəsi doğmalaşdı, şəxsi taleyinə çevrildi. Doğulduğu gözəl tərbiyə aldığı ailədən əxs etdiyi Azərbaycançılıq ənənələrini sonra peşə fəaliyyətində daha geniş anlamda təkmilləşdirdi. Milli-mənəvi dəyərlərimizi ləyaqətlə yaşatmaqda Vilayət müəllimə yenə vurğulayıram, H.Əliyev məktəbinin böyük təsiri oldu. Bu məktəb onun Azərbaycamçılıq məfkurəsinin formalaşmasına, alicənab, hümanist, vətənpərvər bir Azərbaycanlı xarakterini dolğunlaşmasına öz təsirini göstərdi.


Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.


Və, ən böyük məqsəd və məramı Heydər Əliyev əqidəsinin, dünyagörüşünü, polis peşəsinə yiyələnənlərə öyrətməyə, bu peşəni seçənlərin əsl peşəkar vətənpərvər, savadlı, etikalı olması üçün əlindən gələni etmək. Bu gün müstəqil Azərbaycanımız başqa sahələrdə olduğu kimi hüquq-mühafizə orqanlarında yüksək səviyyəli kadrlar yetişib və yetişməkdədir.


Azərbaycanda son illərdə baş verən (2020-ci il 44 günlük müharibə) fəxarətli, şanlı tariximizin təntənəsini həm ön, həm arxa cəbhədə bizə yaşadanlara, xalqımızın qarşısında insanlıq, vəzifə, peşə borclarını layiqincə yerinə yetirənlərə vəfa borcunuzdur. Onların xalqımız qarşısında olan xidmətlərini unutmayaq! Sağlığında verək onların qiymətini. Bizlər, həmin insanları tanıyanlar yazmasa, kim yazacaq? Dəyərli insan, peşəkar, vətənsevər öz əqidəsinin insanı general-polkovnik Vilayət Süleyman oğlu Eyvazov bu canlı nümunələrindən biridir.


Azərbaycan Respublikasının Daxili İşlər Naziri, Vilayət Eyvazov başda olmaqla bütün daxili işlər orqanlarının şəxsi heyətini Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə ürəkdən təbrik edirik.

Artıq 108 ildir ki, Azərbaycan polisi dövlətçiliyimizin, qanunun aliliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin keşiyində şərəflə dayanaraq öz müqəddəs missiyasını ləyaqətlə yerinə yetirir. Peşəkarlıq, vətənpərvərlik, fədakarlıq və xalqa sədaqət prinsipləri Azərbaycan polisinin fəaliyyətinin əsas dayaqlarıdır.

Əminik ki, Azərbaycan polisi bundan sonra da ölkəmizdə sabitliyin, təhlükəsizliyin və hüquq qaydasının qorunması naminə üzərinə düşən məsuliyyətli vəzifələri yüksək peşəkarlıqla davam etdirəcək, dövlətimizə və xalqımıza sədaqətlə xidmət göstərəcəkdir.

Bu əlamətdar gün münasibətilə cənab nazir Vilayət Eyvazov başda olmaqla bütün polis əməkdaşlarına möhkəm cansağlığı, ailə səadəti, xidmətdə yeni-yeni uğurlar, Vətənimizin rifahı və dövlətimizin təhlükəsizliyi naminə fəaliyyətlərində daim müvəffəqiyyətlər arzulayırıq.

Azərbaycan polisinin yaranmasının 108 illiyi mübarək olsun!

 

Hörmətlə,

Hürü Hacızadə                                  

Yazıçı-publisist                                  

 

Fərid Faiqoğlu

AJB-nin üzvü