İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı
DT peyvəndi difteriya və tetanus kimi həyati təhlükə yaradan iki infeksion xəstəliyə qarşı immunitet formalaşdırır.
Sehiyye.info “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu xəstəliklər ciddi fəsadlara, hətta ölümə səbəb ola bildiyindən peyvəndlənmə onlardan qorunmağın ən təsirli yoludur.
Difteriya bakterial mənşəli kəskin infeksion xəstəlikdir. Xəstəlik əsasən hava-damcı və məişət yolu ilə yayılır və daha çox 3–7 yaşlı uşaqlarda müşahidə olunur. İnkubasiya dövrü 2–10 gün davam edir. Difteriyanın ilkin əlamətlərinə yüksək hərarət, udqunma zamanı ağrı, boğazda qızartı və boyun nahiyəsində limfa düyünlərinin böyüməsi daxildir.
Xəstəliyin ən böyük təhlükəsi bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu zəhərli maddələr ürək-damar və sinir sistemini zədələyərək ağır fəsadlara səbəb ola bilər. Difteriyanın toksik formasında bədən hərarəti 39 dərəcədən yuxarı qalxır, güclü baş ağrısı, yuxululuq, səsin dəyişməsi və ümumi vəziyyətin sürətlə pisləşməsi müşahidə olunur.
DT peyvəndinin qoruduğu digər xəstəlik isə tetanusdur. Bu xəstəlik bakteriyanın ifraz etdiyi toksin nəticəsində yaranır və ağrılı əzələ spazmları ilə müşayiət olunur. Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir və sağalma prosesi aylarla davam edə bilər.
Mütəxəssislər bildirirlər ki, tetanus qırtlaq spazmı, sümüklərin sınması, ağciyər trombozu, pnevmoniya, tənəffüs çatışmazlığı və ölüm kimi ağırlaşmalara səbəb ola bilər. Xəstəliyin əsas əlamətləri çənə və bədən əzələlərinin spazmı, qəfil ağrılı əzələ yığılmaları, udqunma çətinliyi, qıcolmalar, baş ağrısı, qızdırma, tərləmə, qan təzyiqi və ürək ritminin pozulmasıdır.
Tetanus insandan insana keçmir. Xəstəliyə səbəb olan bakteriyalar əsasən torpaqda, tozda və peyində olur. Onlar kəsik, yara, yanıq, donma və ya heyvan dişləməsi nəticəsində zədələnmiş dəri vasitəsilə orqanizmə daxil olur.
Səhiyyə mütəxəssisləri vurğulayırlar ki, həm difteriyanın, həm də tetanusun qarşısını almaq və ağırlaşma riskini minimuma endirmək üçün vaxtında DT peyvəndi olunmaq böyük əhəmiyyət daşıyır.























































