Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Azyaşlı uşaqları olanların nəzərinə - Təhlükəli virus yayılır
Mövsümi dəyişikliklər fonunda xüsusilə uşaqlar arasında geniş yayılan norovirus son dövrlərdə ən çox rast gəlinən və sürətlə artan virus infeksiyalarından biri kimi diqqət çəkir.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, norovirus qəfil başlayan qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir.
Bildirilir ki, bu virusun ən ciddi təhlükəsi qısa müddətdə bədəndə güclü maye itkisinə səbəb olmasıdır.
Ən böyük təhlükə maye itkisidir və xüsusilə azyaşlı uşaqlarda bu vəziyyət saatlar ərzində ağırlaşa bilər.
Məlumata görə, uşaqlarda sidik ifrazının azalması, ağız quruluğu, göz yaşlarının azalması, halsızlıq, qida qəbulundan imtina və yuxululuq kimi əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım göstərilməlidir.
Norovirusun ən təhlükəli xüsusiyyətlərindən biri onun çox sürətlə yayılmasıdır. Məktəb və uşaq bağçaları kimi izdihamlı mühitlərdə virus asanlıqla ötürülür. Qapı tutacaqları, oyuncaqlar və tez-tez toxunulan səthlər belə yoluxma mənbəyinə çevrilə bilər.
Qeyd edilir ki, bir yoluxmuş uşaq qısa müddətdə ailənin digər üzvlərinə də virusu ötürə bilər. Eyni zamanda, xəstəliyin müalicəsində ən çox edilən səhvlərdən biri antibiotiklərin istifadə olunmasıdır.
Vurğulanır ki, norovirus virus mənşəli olduğu üçün antibiotiklər təsirsizdir. Ən effektiv müalicə isə itirilmiş mayenin bərpasıdır. Valideynlərə uşaqlara bol maye verilməsi tövsiyə olunur.
Qeyd edək ki, norovirus əksər hallarda bir neçə gün ərzində öz-özünə keçib gedir. Lakin uşaqlarda maye itkisi sürətlə arta bildiyindən, simptomların diqqətlə izlənilməsi və vaxtında müdaxilə böyük əhəmiyyət daşıyır.























































