Xəbər Lenti
21-09-2026, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Professordan meymunçiçəyi xəbərdarlığı: "45 yaşdan aşağı şəxslər..."
"45 yaşdan aşağı insanların həyatı təhlükədədir".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybula Azərbaycanda aşkarlanan meymunçiçəyi virusunun yayılması xüsusiyyətlərindən danışarkən deyib.
Adil Qeybulla meymunçiçəyi virusunun çiçək virusu ailəsinə aid olduğunu xatırladıb:
"Onun ən təhlükəli nümayəndəsi təbbiçiçək virusudur. Suçiçəyi də bura aiddir. Təbbiçiçək virusu zamanında böyük pandemiyalarla müşahidə olunub, milyonlarla insan təlafatına gətirib çıxardıb. Sonra vaksin tapılıb, bunun nəticəsində virus yoxa çıxıb. 1980-cı ildə vaksinasiya dayandırılıb”.
Professor əlavə edib ki, bu gün 45 yaşdan aşağı şəxslərin həyatı təbbiçiçək virusuna qarşı təhlükədədir:
"Amma ondan yuvarı şəxslərin immuniteti var. Meyminçiçəyi həm heyvanlarda, həm də insanlarda xəstəliklər törədir. İnsanlarda nisbətən yüngül keçir, lakin ağırlaşa da bilər”.
Adil Qeybulla virusun ilkin əlamətlərinin dəri üzərində səpkilər olduğunu bildirib:
"Səpkilərin içi sarı maye dolu şəkildə olur. Çiçək virusunun bütün növlərində bu xarakterdir. Xəstələrdə bundan əvvəl zəiflik olur. Ümumi halsızlıq, limfa düyünlərinin böyüməsi, baş, bel, əzələ ağrıları da qoşula bilir. Xəstəlik ağırlaşanda pnevmaniya, ensefalitə və ən nəhayət ölüm halına gətirib çıxarda bilər”.
Professor deyib ki, meymunçiçəyinin pandemiya yaratmaq kimi təkhlükəsi yoxdur:
"Amma xırda epedimik ocaqlar ola bilər. İnsan xəstələndiyi, özündə halsızlıq, dəridə səpkilər gördüyü təqdirə özünü təcrid etməli, ayrı bir otaqda qalmalı, bol maye qəbul etməli və başqasına yoluxmamaq üçün həkimə müraciət etməlidir”.
Bahar Rüstəmli























































