VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
DİN antiterror şəhidlərinin xatirəsinə həsr olunan çempionat keçirdi
Antiterror tədbirləri zamanı şəhid olan polis və daxili qoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdo növü üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) təşkilatçılığı ilə keçirilən turnirdə polis əməkdaşları ilə yanaşı, digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da güclərini sınayıblar.
Yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, Nazirliyin və digər dövlət qurumlarının yüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar da olublar. Yarışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Şəhid ailələrinin nümayəndələri Vətən uğrunda canlarını fəda etmiş oğullarının əziz xatirələrinin həmişə uca tutulduğunu və onların daim ölkə rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. DİN-in cüdo komandası çempionatın yekununda qalib gəldiyi üçün xüsusi kubokla təltif edilib.
































































