İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
TƏBRİK MÜRACİƏTİ
Beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, ARHD Media İnformasiya Agentliyinin rəhbəri İsmayıl Zalov Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir.
İsmayıl Zalov öz müraciətində bildirmişdir ki, Azərbaycan dövlətçiliyinin taleyüklü mərhələlərindən biri olan 15 İyun 1993-cü il xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Məhz həmin dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, iqtisadi tənəzzül, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi və vətəndaş qarşıdurması Azərbaycanı ağır sınaqlarla üz-üzə qoymuşdu.
Qeyd edilmişdir ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli fəaliyyəti ilə ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, ictimai-siyasi sabitliyi təmin etmiş və müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinin əsasını qoymuşdur. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
İsmayıl Zalov vurğulamışdır ki, Milli Qurtuluş Günü xalqımızın milli birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsini özündə əks etdirən mühüm tarixi hadisədir. Bu əlamətdar gün müstəqil Azərbaycan dövlətinin xilası və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Sonda İsmayıl Zalov bütün Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik etmiş, ölkəmizə davamlı inkişaf, əmin-amanlıq, rifah və yeni nailiyyətlər arzulamışdır.
Bayramınız mübarək!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
























































