Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
YAP Nərimanov və SOCAR 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirdi
YAP Nərimanov rayon təşkilatı və SOCAR – Kompleks Qazma İşləri Trestinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Rəşad Əsgərov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Milli Məclisin deputatı Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və “Sahil” İstehsalat Bölümünün rəisi Saday Allahverdiyev iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, 15 iyun Azərbaycan xalqı üçün yüksək əhəmiyyətə malik tarixi gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan Ulu öndər Heydər Əliyev olub.
Çıxışçılar həmçinin qeyd edib ki, Ulu öndərin xalqımıza bəxş etdiyi müstəqilliyin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin müdrik siyasətinin daha da möhkəmlənməsinə səbəb olub.
Həmçinin bildiriblər ki, Azərbaycanın artıq regionun gündəliyini diktə edən dövlətə, dünya güclərinin hesablaşdığı bir qüvvəyə çevrilib.
Tədbirin davamında YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Təşəkkürnamə ilə təltif olunub. Daha sonra tədbir bədii hissə ilə davam edib.


































































