Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

01 Oktyabr 2024 07:34Manşet / Siyasət

Onlar YAP-ın rayon təşkilatının sədrliyindən çıxarıldı

 

Vüqar Gəncəli oğlu Rəhimzadə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyev isə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələyə YAP İdarə Heyətinin bugünkü iclasında baxılıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar.