Xəbər Lenti
Bugün, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Bugün, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Bugün, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
Bugün, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Dünən, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
27 Dekabr 2022 03:04Mədəniyyət
Redaktor ömrünün ən yaddaqalan məqamları xatırlanıb
O, müəllimliyi, tarixçiliyi və jurnalistliyi özündə birləşdirir. Doğma Ağdamda əmək fəaliyyətinə müəllim kimi başlayan Bəbir Hüseynov sonralar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, bir müddət rayonda partiya işində çalışıb. Ötən əsrin 70-ci ilin axırlarında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra “Ağdam” adı ilə çıxan rayon qəzetində redaktorluq fəaliyyətinə başlayıb. 20 il həmin qəzetin redaktoru olub. O, rəhbərlik etdiyi dövrdə “Ağdam” qəzeti redaksiyasında sağlam və yaradıcı kollektiv formalaşdırmağa nail olub, qəzet rayon həyatının salnaməçisinə çevrilib, üstəlik respublikamızın ən yaxşı rayon qəzetlərindən biri kimi tanınıb.
AZƏRTAC xəbər verir ki, Əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Hüseynovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə danışılıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, təqaüddə olan polkovniklər Həmid Cəfərov, Sücəddin Abdullayev və başqaları onun mətbu fəaliyyəti haqqında bəhs ediblər. Qeyd olunub ki, Bəbir Hüseynov məcburi köçkünlüyün mərhumiyyətlərini yerli camaatla birlikdə yaşayıb, qəzeti onların yurd həsrətinin, arzu, istək və müraciətlərinin tribunasına çevirib. Redaktorluqdan 1998-ci ildə ayrılsa da, jurnalistikadan, yaradıcılıqdan bir an belə uzaq düşməyib. Bir-birinin ardınca “Ömürdən qalan izlər”, “Həyat illərin aynasında”, “Qarabağ tarixindən səhifələr” adlı kitablarını qələmə alıb.
Çıxış edənlər onu da qeyd ediblər ki, jurnalist-tarixçi sakini olduğu Bakı şəhərinin Nərimanov rayonunda Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi rayon təşkilatının keçirdiyi yığıncaq və tədbirlərdə yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayır.
Tədbirdə yubilyara Nərimanov və Ağdam Rayon İcra hakimiyyətlərinin, Ağsaqqallar Şurasının, Yazıçılar və Jurnalistlər birliklərinin diplomları təqdim olunub.
Bəbir Hüseynov çıxış edərək onu yubiley münasibətilə təbrik edənlərə və iştirakçılara öz təşəkkürünü çatdırıb.