Xəbər Lenti
Bugün, 12:13
Səhiyyədə peşəkarlıq, humanizm və idarəçilik mədəniyyətinin uğurlu ünvanı - Rəşid Vəzirov
Bugün, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Bugün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Bugün, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Bugün, 07:29
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Dünən, 10:31
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
3-02-2026, 18:11
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
3-02-2026, 15:35
Keçmiş RİH-nin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
3-02-2026, 14:15
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
3-02-2026, 13:32
Dövlət siyasətinin rayonda təcəssümü: Qax Elvin Paşayevin rəhbərliyi ilə irəliləyir
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 15:28
Anar Quliyev: "Şəhərsalma və Memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"
2-02-2026, 11:38
Gənclik sağlam gələcəyin təməlidir: Dilqəm Məhərrəmovdan Azərbaycan gənclərinə təbrik
2-02-2026, 11:00
Taleh Məmmədov: 2 Fevral - Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əziz gənclər, bayramınız mübarək!
Bu idarələrə yeni müdir müavinləri təyin edildi
Qaynarinfo xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar.
Aynur Rüstəmova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin "Filologiya” ixtisası üzrə bakalavriat, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Filologiya” ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-2022-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışır. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümmumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə "İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

Rahim Novruzov 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin "Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2006-cı illərdə Qobustan Rayon Təhsil Şöbəsində metodist, 2006-2022-ci illərdə müxtəlif ümumtəhsil məktəblərində müəllim, direktor, 2022-2024-cü illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri vəzifələrində çalışıb. 2024-cü ildən həmin idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

Hüseyn Hüseynov 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində "Gömrük işinin təşkili" ixtisası üzrə bakalavr, 2011-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment” ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar şəhər Məktəb-Lisey Kompleksində baş mütəxəssis olaraq başlayıb. 2019-2023-cü illərdə AR Elm və Təhsil Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2023-cü ildən isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Hafiz Pənahov 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2022-2024-cü illərdə ADA Universitetinin "Menecment” (Təhsilin təşkili və idarəolunması) ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2005-ci ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2015-2022-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsində metodist, müdir müavini vəzifələrində çalışıb. 2022-2024-cü illərdə Qazax-Tovuz Regional Təhsil İdarəsində, daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsində baş məsləhətçi olaraq fəaliyyət göstərib. Hazırda Lənkəran-Astara RTİ-də Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışır. H.Pənahov təhsil sahəsi üzrə bir çox layihə, seminar və təlimlərdə iştirak edib, 2013-2014-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan edilib.
























































