Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Onlar yeni vəzifəyə təyin edildi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
E. Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.





















































