Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Azərbaycan sülhün tərəfdarı olan ölkədir.
Müstəqil Azərbaycan Respublikası MDB məkanında yerləşən qardaş və dost ölkələrlə münasibətləri inkişaf etdirərək yeni dövrün çağırışlarına uyğun həyata keçirilir. Həmçinin Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında əlaqələr zaman keçdikcə inkişaf edir və münasibətlərin dərinləşməsinə yeni-yeni imkanlar yaranır. Aprelin 25-də Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri dostluq münasibətlərinin gücləndirilməsi sahəsində lazımi əhəmiyyət kəsb edir. Bunu əlaqələrimizin inkişafının davamı kimi dəyərləndirmək olar. Ukrayna prezidentinin Azərbaycana səfəri iqtisadi, ticari, humanitar yardım və təhlükəsizlik nöqteyi nəzərdən əhəmiyyətə malikdir.
Azərbaycan və Ukraynanın ərazi bütövlüyü hər iki ölkə üçün son dərəcə vacib məsələ olmaqla yanaşı, beynəlxalq hüquqa söykənən prinsipləri əsas tutaraq daha layiqli şəkildə müdafiə mövqeyində tərəfdaş olmaq vacibdir.
Təhlükəsizlik və müdafiə sahəsi səfərin əsas diqqət çəkən məqamı kimi nəzərə alsaq Bakı və Kiyev üçün bu sahədə əməkdaşlıq faydalı olduğunu qeyd edə bilərik.
Azərbaycan, Kiyev ilə Moskva arasında müharibənin tezliklə başa çatması və sülhün bərpa olması naminə vasitəçilik imkanlarını sınaqdan çıxarılmasının tərəfdarıdır. Daha dəqiq desək Ukrayna, Rusiya ilə münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq məqsədilə, onlar arasında görüşün Azərbaycanda keçirilməsinə müsbət şəraitin yaradılması mümkündür.
Yeni Azərbaycan Partiyası
Səbail rayon təşkilatının sədri: Muxtar Nağıyev























































