Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
İlham Əliyev Zelenskini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda bu əlamətdar gün münasibətilə Prezident Volodimir Zelenskiyə və onun simasında bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini, ən xoş arzularını yetirən dövlət başçısı qeyd edib:
“Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.
Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.
Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə ukraynalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Ukrayna xalqına isə sülh və əmin-amanlıq diləyib.






















































