Xəbər Lenti
Bugün, 14:23
Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
Bugün, 12:20
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Dünən, 15:03
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Dünən, 12:48
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Dünən, 12:46
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
Dünən, 11:20
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
Dünən, 10:58
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Dünən, 10:41
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Dünən, 10:40
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Dünən, 10:39
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
30-03-2026, 22:59
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
30-03-2026, 20:44
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
30-03-2026, 20:39
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
30-03-2026, 20:19
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
30-03-2026, 12:34
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
30-03-2026, 10:43
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
TƏBİB siqnalizasiya sisteminin təmiri üçün pul ayırmadı - 7 körpənin öldüyü yanğın
"Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Mehriban Abasquliyeva ifadəsini davam etdirib.
Mehriban Abasquliyeva bildirib ki, hadisə baş verən zaman mərkəzdə yanğınsöndürən balonlar olsa da, yanğının söndürülməsi üçün su və yorğanlardan istifadə edilib. O, əlavə edib ki, Mərkəzdə yanğın siqnalizasiya sisteminin işləməməsini TƏBİB rəhbərliyinə bildirib və buna görə məsuliyyəti onlar daşıyır. Onun sözlərinə görə, qurum sistemin təmir edilməsi üçün pul ayırmayıb.
Prosesin davamında Mehriban Abasquliyevanın vəkili ilə hakim arasında mübahisə yaranıb. Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova M.Abasquliyevanın ifadəsinin yazılı formasını məhkəməyə təqdim etməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə həmin ifadəni məhkəməyə təqdim etməkdən imtina edib. Bu zaman hər iki tərəf bir-birlərindən müvafiq qurumlara şikayət edəcəklərini deyiblər.
Növbəti proses aprelin 8-nə təyin olunub.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.























































