“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Məktəblini avtomobillə vuraraq öldürən şəxs yenidən hakim qarşısında
Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elsevər Dədəcanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.
Qeyd edək ki, “Volkswagen Touareg” markalı avtomobillə 2016-cı il təvəllüdlü İbrahim Məmmədovu vuraraq öldürən 1981-ci il təvəllüdlü E.Dədəcanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə İbrahimin atası Orxan Məmmədov və digər şahidlər E.Dədəcanovun ötən il aprelin 29-da saat 23 radələrində avtomobillə yüksək sürətlə hərəkət etdiyini deyiblər. O.Məmmədov Elsevəri oğlunu maşınla vurduqdan sonra döydüyünü etiraf edib.
Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
Məhkəmənin hökmü ilə E.Dədəcanova 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.






















































