Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
28-05-2026, 12:33
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
28-05-2026, 12:17
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
27-05-2026, 15:17
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
27-05-2026, 14:23
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
GÖZÜ GÖZƏLLİKDƏN DOYMAYAN AZMAN AYDINIMIZ
Bayram Məmmədov – 70
“Duyanlar hər fəslin öz gözəlliyini gözlərinə köçürür, gözlərindən könlünə. O gözəlliyin cazibəsində yaşanılanların şeiriyyətini ruhuna hopdurur. Yadıma gəlir ki, Zəngilan rayon ərazi özünümüdafiə taboru yenicə yarananda Ermənistanla sərhədi gəzib postların yerini müəyyənləşdirirdik. Sıx meşəliklərdən də keçirdik, qayalıqlardan da, boyu günəşin işığının qarşısın kəsən ağaclar da görürdük, şırıltısı bir qədər uzaqlardan eşidilən bulaqlar da. Hamısını təbiətin gözəllik tablosu bilirdik. Onda bir şeir yazmışdım:
Elə bil dünyanı mənə veriblər,
Gözüm gözəllikdən doymur ki, doymur.
Sözüm də gözümün can sirdaşıdı,
Sözüm gözəllikdən doymur ki, doymur. - dən İstedadlı şair Tapdıq Əlibəylinin "Payız çöhrəsində yazdı 44 gün" şeirlər kitabını illərin o üzündə qalan xatirələrin kövrəkliyilə oxudum…”
Bu təsirli epizod ömür təqviminin 70 illik zirvəsində şəstlə qərar tutmuş vətənpərvər aydınımız Bayram Məmmədovun “Zəfər günəşiylə şəfəqlənir dan” adlı məqaləsindən iqtibasdır. O məqalə ki, 44 günlük Vətən müharibəsinin ilk poetik salnaməsi olan “Payız çöhrəsində yazdı 44 gün” adlı müəllifi olduğum kitab haqqında yazılmış resenziyadır.
Əslən bir qərinəyə yaxın yağı əsirliyində qalmış Zəngilandan olan Bayram müəllim haqqında düşüncələrimə onun öz fikrini müqəddimə etməyim isə təsadüfi deyil. Bu epizoda diqqətlə nəzər yetirdikdə, əslində fikrin siqlətində müəllifin xarakterik xüsusiyyətinin ehtiva olunduğunu görürük.
Bu epizod Bayram Məmmədovun zəngin publisistik, poetik ruhunu, onun dərin düşüncələrini və hisslərini əks etdirir. Bir bəndlik şeir isə bir ömrün, Vətənə sevdanın, təbiətə duyulan məhəbbətin ifadəsidir. Bu misralar Bayram müəllimin həssas bir ruh, incə bir qəlb sahibi olduğunu göstərir. Milli qürur hissini, Vətən torpağının hər qarışına olan məhəbbəti özündə əks etdirir.
Zəngilan ərazi özünümüdafiə taborunun yarandığı ilk dövrlərdəki fəaliyyəti, sərhəd boyu postların müəyyənləşdirilməsi zamanı çəkilən zəhməti, sıx meşələrdən keçidi, qayalıqlardan aşıb-keçməsi onun Vətən sevgisinin bir göstəricisidir. Günəşin işığını kəsən ağaclar, şırıltılı bulaqlar, təbiətin yaratdığı gözəllikləri təsvir edərkən, Bayram müəllim Vətəninin hər bir guşəsinə heyranlığını ifadə edir.
Vətən müharibəsinin dağıntılarından, ağrı-acılarından, şəhidlərimizin xatirəsindən, zəfər qürurumuzdan bəhs edən bir kitab haqqında yazdığı dolğun bir resenziya onun bu mövzuya nə qədər həssas yanaşdığını, Vətənə olan dərin bağlılığını bir daha bariz şəkildə ifadə edir.
21 mart - Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü, Əməkdar müəllim, istefada olan polkovnik-leytenant, səriştəli pedaqoq, dəyərli el ağsaqqalı Bayram Məmmədovun doğum günüdür. Qeyd edək ki, Bayram Məmmədov əvvəllər Zəngilan rayon komsomol və partiya komitələrində rəhbəru vəzifələrdə işləyib. Ali siyası təhsil aldıqdan sonra Zəngilan rayon XDS İcraiyyə komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilib.
1991-ci il noyabrın 10-dan Müdafiə nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb. Hərbi hissə komandiri, alay komandirinin müavini, Müdafiə Nazirliyinin müxtəlif idarələrində zabit, baş zabit və bölmə rəisi vəzifələridə həqiqi hərbi xidmətdə olub. 2006-ci ildə Ordu sıralarından tərxis edildikdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölməsinin baş müəllimi vəzifələrində çalışıb. Təbii ki, bu vəzifələr onun həm hərb sahəsindəki təcrübəsini, həm də elmi biliklərini, təhsilə verdiyi önəmi göstərir. Ordumuzun güclənməsində, zabit kadrlarının hazırlanmasında onun payı da əvəzsizdir. İstefada olan polkovnik-leytenant rütbəsi onun hərb sahəsindəki nailiyyətlərinin təsdiqidir.
Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü kimi göstərdiyi fəaliyyət isə onun cəmiyyətdəki rolunu, fəal ictimai xadim olmasının göstəricisidir. Türk xalqlarının birliyini, mədəni əlaqələrini möhkəmləndirmək yönündə atılan addımlar, onun xalqlar arasında körpü salmaq istəyini əks etdirir.
Mütəmadi olaraq mətbuatda publisistik yazıları ilə çıxış edir. Azərbaycan dövlətçilik tarixində, elm, ədəbiyyat, mədəniyyət və diğər sahələrdə xidmətləri olan unudulmaz şəxsiyyətlər haqqında yazdığı, “525 -ci qəzet” də dərc olunan publisistik məqalələrini xüsusi olaraq qeyd etmək istərdim.
Əlbəttə, Bayram Məmmədov kimi dəyərli şəxsiyyətlərimiz öz xidmətləri ilə, keçdiyi ləyaqətli, gəncliyə örnək olan ömür yolu ilə Vətənimizin mənəvi sərvətdir.
Gözü gözəllikdən doymayan azman aydınımız Bayram müəllimi ömür təqviminin 70 illiyi işığında ithaf çələngimlə təbrik edir, ona möhkəm can sağlığı diləyilə ən xoş arzularımı ünvanlayıram.
Ömür təqvimində yol yetmiş illik,
Gözünə-könlünə köçüb gözəllik.
Dünyanda Zəngilan - əzəl, özəllik;
Boy verir illərdən sevincin, qəmin…
Özünlə üzbəüz dayanan anda,
Dünənə dönəndə, yada salanda,
Nə gözəl bərq vurur əməl aynanda
Hərbçi çəsarətin, nurlu qələmin.
Yurdu uca tutan ucalar özü,
Dildən-dilə gəzər şöhbəti-sözü.
El çatan ocağın səngiməz közü…
Vətən sevgisinə bələnib qəlbin.
Gözünə-könlünə köçüb gözəllik.
Dünyanda Zəngilan - əzəl, özəllik;
Boy verir illərdən sevincin, qəmin…
Özünlə üzbəüz dayanan anda,
Dünənə dönəndə, yada salanda,
Nə gözəl bərq vurur əməl aynanda
Hərbçi çəsarətin, nurlu qələmin.
Yurdu uca tutan ucalar özü,
Dildən-dilə gəzər şöhbəti-sözü.
El çatan ocağın səngiməz közü…
Vətən sevgisinə bələnib qəlbin.
✍️Tapdıq ƏLİBƏYLİ
BİA.az























































