İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
“Hüquqi dövlətin təminatçısı: İsmayıl Zalovun Avropa kanallarına müsahibəsində prokurorluğun strateji rolu”
27 fevral 2026-cı il tarixində Avropanın 4 kanalına verdiyi geniş və məzmunlu müsahibədə ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Azərbaycan Respublikasının prokurorluq orqanlarının fəaliyyəti, onların cəmiyyət və dövlət qarşısındakı məsuliyyəti, eləcə də müasir dövrdə artan hüquqi çağırışlar barədə ətraflı fikirlərini bölüşmüşdür.
Müsahibə zamanı vurğulanmışdır ki, Azərbaycan prokurorluğu dövlətçiliyimizin hüquqi dayaqlarından biri kimi qanunun aliliyinin təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasında və ədalətin bərpasında mühüm rol oynayır. Prokurorluq əməkdaşları öz fəaliyyətlərində obyektivlik, qərəzsizlik, prinsipiallıq və yüksək peşəkarlıq nümayiş etdirərək dövlətə və xalqa sədaqətlə xidmət edirlər.
İsmayıl Zalov xüsusilə qeyd etmişdir ki, müasir dövrdə cinayətkarlığın forması dəyişir, texnologiya inkişaf edir, kibercinayətlər və transmilli hüquqpozmalara qarşı mübarizə daha yüksək intellektual hazırlıq və peşəkar yanaşma tələb edir. Bu baxımdan prokurorluq əməkdaşlarının davamlı təhsili, rəqəmsal bacarıqları və beynəlxalq hüquq sahəsində bilikləri xüsusi əhəmiyyət kəsb edir.
Müsahibədə həmçinin vurğulanmışdır ki, prokuror yalnız ittiham irəli sürən tərəf deyil, o, ilk növbədə qanunun keşiyində duran dövlət nümayəndəsidir. Prokurorun əsas missiyası güclünün deyil, hüququn tərəfində dayanmaq, sübutlara əsaslanmaq və ədalətin təmin edilməsinə nail olmaqdır.
İsmayıl Zalov prokurorluq əməkdaşlarının gecə-gündüz məsuliyyətli və gərgin şəraitdə həyata keçirdikləri xidmətləri yüksək qiymətləndirərək bildirmişdir ki, onların fədakar fəaliyyəti hüquqi dövlət quruculuğuna və cəmiyyətin sabitliyinə mühüm töhfə verir.
Sonda qeyd olunmuşdur ki, hüquqi dövlətin gücü məhz qanunun aliliyinə sadiq, vicdanlı və prinsipial hüquq mühafizə orqanlarının fəaliyyətindən keçir və Azərbaycan prokurorluğu bu ali missiyanı layiqincə yerinə yetirir.
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri,
beynəlxalq hüquq eksperti,
hüquq üzrə fəlsəfə doktoru
İsmayıl Zalov





















































