Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“20 Yanvar – Qanla yazılan azadlıq salnaməsi və milli qürur tarixi”
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsi XX əsrin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı şəhərində və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilmiş, minlərlə şəxs yaralanmışdır. Bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin qanlı, lakin qürurverici mərhələsi kimi tarixə düşmüşdür.
Hələ 1980-ci illərin sonlarında SSRİ-də baş verən ictimai-siyasi proseslər, milli azadlıq hərəkatlarının güclənməsi və Azərbaycan xalqının öz müqəddəratını təyin etmək istəyi mərkəzi sovet hakimiyyətini ciddi narahat edirdi. Xalqın legitim tələblərini dinc yollarla ifadə etməsinə baxmayaraq, totalitar rejim bu istəklərə zorakılıqla cavab vermiş, Bakıya və digər şəhərlərə fövqəladə vəziyyət elan edilmədən çoxsaylı hərbi qüvvələr yeridilmişdir.
Sovet ordusunun tanklar, zirehli texnika və ağır silahlarla həyata keçirdiyi əməliyyatlar nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə günahsız insanlar qətlə yetirilmişdir. Bu hadisələr beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin kobud şəkildə pozulması idi.
20 Yanvar faciəsi təkcə böyük bir hüzn günü deyil, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq əzminin parlaq təzahürüdür. Həmin qanlı gecədə xalq öz haqq səsini susdurmağa çalışan imperiya siyasətinə qarşı əyilməmiş, müstəqillik yolundan geri çəkilməmişdir.
20 Yanvar hadisələrinə ilk dəfə açıq və qəti siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək, sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti kəskin şəkildə pisləmiş və hadisəyə hüquqi-siyasi qiymət vermişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Daha sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi Qərarda, o cümlədən 20 yanvar faciəsinin günahkarları konkret qeyd olunmuşdur və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırılmışdır.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Bu gün də həmin Fəxri adla təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər.
Ümummilli Lider Heydər Əliyevdən sonra onun siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Bundan başqa, Prezident İlham Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də ödənilir.
Beləliklə, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən hər il dərin ehtiramla yad edilir. Şəhidlər Xiyabanı milli müqəddəslik məkanına çevrilmiş, azadlıq uğrunda canından keçənlərin əziz xatirəsi daim uca tutulmuşdur. Bu gün Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir, onların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür. Bu gün biz azadlıq yolunda şəhid olmuş həmvətənlərimizi dərin hüzn və ehtiramla anır, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. 20 Yanvar şəhidlərinin qanı bahasına əldə edilən müstəqillik bu gün güclü, suveren və qalib Azərbaycanın əsas dayaqlarından biridir.























































