Menu
Xəbər Lenti
Yük maşınında intihar etdi
19-02-2025, 08:10

Yük maşınında intihar etdi

18 Yanvar 2025 17:00Manşet / Gündəm

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müvini Rəhim Rəhimov: “20 Yanvar faciəsi xalqımızın milli şüurun formalaşmasında silinməz izlər qoydu”.

20 Yanvar 1990-cı il tarixində SSRİ-nin qoşun birləşmələri Bakıya daxil olaraq azadlıq və müstəqillik üçün meydanlara toplaşan minlərlə günahsız insana qarşı amansız hücum etdi. Bu faciə xalqımızın tarixində qanlı hadisə kimi qeyd olunur. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müvini Rəhim Rəhimovun sözlərinə görə, “20 Yanvar faciəsi xalqımızın milli şüurun formalaşmasında silinməz izlər qoydu.”

20 Yanvarı təhlil etdikdə, bu hadisənin təkcə faciə kimi yox, həm də azadlıq üçün bir dönüm nöqtəsi olduğunu qeyd etmək lazımdır. Həmin gecə azadlıq meydanında canlarından keçənlər, eyni zamanda, milli birlik rəmzi olaraq tariximizə daxil oldular.

20 Yanvar faciəsinin tarixi kökləri SSRİ-nin çöküş dövrü ilə əlaqədardır. SSRİ hakimiyyəti, milli azadlıq hərəkatının genişlənməsindən qorxaraq, Bakıda törətdiyi qanlı qırğın vasitəsilə azadlıq şöləsini söndürməyə çalışdı. Lakin xalqımızın milli özünüidarəetmə və müstəqillik ideyaları bu basqılara baxmayaraq daha da möhkəmləndi.

20 Yanvar faciəsinin həqiqi hüquqi qiymət alması Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və xalqımıza olan sevgisi sayəsində mümkün oldu. Heydər Əliyev həmin vaxt Moskvada olarkən, SSRİ hakimiyyətinin hərəkətlərini böyük cəsarətlə xalqın yanında olduğunu bir daha sübut etdi.

Azərbaycan xalqı Heydər Əliyevin Moskvadakı çıxışından sonra bir daha onun liderlik keyfiyyətlərinə şahid oldu. Onun siyasəti sonrakı illərdə Azərbaycanın tam müstəqilliyə qovumaşında vacib rol oynadı.

Hazırki dövrdə 20 Yanvarın yad edilməsi və onun tarixi rolunun əbədiləşdirilməsi Prezident cənab İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olmudur. 2020-ci il Vətən Müharibəsi zamanıərazi bütövlüyümüzün bərpa olunması xalqın bu tarixi hadisəni özəlliklə qürur hissi ilə yad etməsinə imkan yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bölgədə çevik siyasi, iqtisadi və hərbi sahələrdə möhkəm bir dövlətə çevrildi. 20 Yanvar faciəsinin təkrar olunmaması və xalqımızın ərazi bütövlüyünün qorunması Prezidentin siyasi iradəsi və ordu quruculuğu siyasəti sayəsində reallığa çevrildi.


 

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış bir gün kimi daxil olmuşdur. Bu faciə təkcə sovet rejiminin bir xalqın azadlıq istəklərinə qarsı zorakı cavabı deyil, eyni zamanda Azərbaycanın müstəqilliyə aparan yolda önəmli bir dönüm nöqtəsi idi.

Prezident İlham Əliyev hər zaman 20 Yanvar hadisələrinə xüsusi diqqət yetirərək, onun Azərbaycan tarixindəki mövqeyini vurğulamışdır. O, bu hadisəni “tarixin qanlı yaddaşı” adlandıraraq, öz bəyanatlarında xalqımızın şəhidlərinin qanı bahasına qazandığı azadlıq uğrunda mübarizəsini vurğulamışdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə Sovet Ordusunun silahlı qüvvələri yeridildi. Bu hücumun nəticəsində qadınlar, uşaqlar da daxil olmaqla onlarla insan həyatını itirdi, yüzlərlə sakin yaralandı. Bu faciə Azərbaycan xalqını məyus etmədi, əksinə, xalqı birləşdirdi, milli müqavimət ruhunu daha da gücləndirdi.

Prezident İlham Əliyev 20 Yanvar faciəsi haqqında xüsusi qeyd edir ki, bu hadisə xalqımızın azadlıq əzminin, sovet imperiyasının zülmünə qarşı məğrur duruşunun simvoludur. 20 Yanvar təkcə faciə deyil, eyni zamanda ədalətsizliyə qarşı qalxan bir xalqın məğrur tarixidir.

20 Yanvar hadisələrinin ilk günlərindən Ulu Öndər Heydər Əliyev həqiqətlərin bəyan olunmasında qətiyyətli addımlar atmışdır. Moskvadakı Azərbaycan nümayəndəliyində çıxış edərək, sovet hakimiyyətinin qanunsuz əməllərini qınayan Heydər Əliyev bu hadisənin ilk rəsmi münasəbətini bildirmişdir. Prezident İlham Əliyev də Ulu Öndərin bu prinsipial mövqeyini vurğulayaraq, onun xalqımız üçün vacib rolunu qeyd edir.

Prezident İlham Əliyev 20 Yanvar hadisələrinin şəhidlərinin xatirəsinin daim əziz tutulmasını təmin etmişdir. Hər il 20 Yanvar günü Azərbaycanda matəm günü kimi qeyd olunur, şəhidlər xiyabanında anım tədbirləri keçirilir. Bu, xalqımızın tariximizə olan ehtiramını, şehitlərimizin qəhrəmanlıqla qazandığı azadlıq yoluna olan dərin minnətdarlığını ifadə edir.

Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, 20 Yanvar faciəsinin acıları xalqımızı məyus etməmiş, onun mənliyini, iradəsini daha da gücləndirmişdir. Bu hadisə Azərbaycanın müstəqillik əzminin təşəkkül tapmasına şərait yaratmışdır. 1991-ci ildə müstəqilliyin bərpasında xalqın məhz bu hadisədən aldığı dərin həsrət və mübarizə ruhu geniş rol oynadı.

İlham Əliyevin “20 Yanvar faciəsi tarixin qanlı yaddaşında qalacaq” sözləri, Azərbaycan xalqının bu faciəni unutmaması tələbinin ifadəsidir.

20 Yanvar hadisəsi eyni zamanda xalqımızın birlik simvolu oldu. Bu hadisənin yad edilməsi və şəhidlərin xatirəsinin anılması xalqımızı milli-mənəvi dəyərlərin ətrafında birləşdirir.

Nəticə etibarı ilə 20 Yanvar faciəsi təkcə tarix deyil, həm də xalqımızın azadlıq əzminin və milli şüurun formalaşmasının simvoludur. Bu tarixə daima qürur hissi ilə yanaşılmalı və nəsildən-nəsilə keçirilməlidir.


Allah şəhidlərimizə rəhmət eləsin!