Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR.
“El-Plastik” MMC-nin rəhbəri Hacı Hülağa Abışov: "Əbədi qəhrəmanlıq salnaməsi. 27 sentyabr - Şəhidlərimizi ehtiramla yad edirik".
“Orbita MTK” yaşayış kompleksinin icraçı direktoru Amil Bağıyev: "27 sentyabr – qəhrəmanlıq səhifəsi. Şəhidləri qürurla yad edirik"
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova: “27 Sentyabr – Şəhidlərin Anım Günü: Milli həmrəyliyin təzahürü”
Laçın rayon 15 saylı tam orta məktəbin direktoru Yeganə Əlvəndova: "Şəhidlər – əbədi qürur mənbəyimiz"
Seyid Cəfər Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov: "Şəhidlər and yerimiz, qürur yerimizdir".
İş adamı Cəbrayıl Cəbrayılov: “27 sentyabr – tariximizə yazılan qəhrəmanlıq səhifəsi”
Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: "27 sentyabr şəhidlərimizin anım günüdür. Anım günü – milli həmrəyliyin təcəssümü"
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “27 sentyabr şəhidlərin anım günüdür. Şəhidlər qürurumuz, andımızdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov:” Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirov və onun ədəbi irsini davam etdirən qızı Dilşad Əmirova
İctimai-siyasi xadim Bərxudar Bərxudarov: "20 Yanvar - Ümumxalq Hüzn Günüdür"
20 Yanvar 1990-cı il tarixi, mütərəqqi dünya tarixinin ən faciəvi, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu tarix təkcə hüzn günü deyil, həm də azadlıq əzmimizin bütün düyünlərini açaraq xalqımızın müqəddəs mübarizə yolunun başlanğıcı olub. Bu günün əhəmiyyəti haqlarında danışan ictimai-siyasi xadim Bərxudar Bərxudarov bildirib ki, 20 Yanvar hadisəsi, təkcə faciə kimi dəyil, xalqın milli birliyini, iradəsini və azadlıq əzmini göstərən ümumxalq birliyinin nümayəşidir.
20 Yanvar 1990-cı il, Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq günü kimi həkk olunmuşdur. Həmin gün, sovet ordusunun Bakıya daxil olaraq dinc insanlara qarşı törətdiyi qanlı qırğın, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin parlaq nümunəsi və tariximizin unudulmaz səhifəsidir.
20 Yanvar hadisələri sovet imperiyasının Azərbaycan xalqının azadlıq ruhunu sındırmaq üçün etdiyi qəddar bir cəhddir. Həmin vaxt Azərbaycanın müstəqillik uğrunda hərəkatı genişlənmişdi. Xalq ədalətsizliklərə, Qarabağda erməni təcavüzünə və mərkəzi hökumətin laqeyd siyasətinə qarşı etiraz edirdi. Bu mübarizəni boğmaq məqsədilə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil oldu. Onlar yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirdi, minlərlə insan yaralandı, çox sayda bina və insan tələfatı oldu.
Bu qanlı hadisə xalqımızın ruhunu sındırmadı, əksinə, milli azadlıq mübarizəsini daha da gücləndirdi. Şəhidlərimizin tökülən qanı, xalqımızın birliyini, həmrəyliyini möhkəmləndirdi və Azərbaycanın müstəqilliyə gedən yolunu işıqlandırdı. Qətlə yetirilən günahsız insanlar milli qəhrəmanlarımıza çevrildi. Xalq onların xatirəsini əziz tutaraq, hər il 20 Yanvar günündə Şəhidlər Xiyabanına axışır və onları dərin ehtiramla yad edir.
Hadisələrdən sonra Azərbaycan xalqı baş verənlərin ədalətsizliyinə dünya ictimaiyyətinin diqqətini çəkməyə çalışdı. O vaxt ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, qanlı faciəni kəskin şəkildə pislədi. Onun cəsarətli çıxışı, xalqın haqq səsini beynəlxalq səviyyədə duyurmaq üçün atılan mühüm addımlardan biri oldu.
Bərxudar Bərxudarov qeyd edir ki, 20 Yanvar hadisələri sözün həqiqi mənasında tariximizin qan yaddaşına həkk olunub. "Bu tarix ümumxalq hüzn günü kimi qeyd olunur. 20 Yanvar xalqımızı müqəddəs azadlıq yolunda birləşdirdi və dövlətçilik tariximizə yeni, şanlı bir səhifə yazdı. Bu hadisələr təkcə milli birliyimizə təkan vermədi, həm də xalqın azadlıq əzmində əvəzolunmaz rol oynadı," - deyə o vurğulayıb.
20 Yanvar 1990-cı il tarixində Sovet ordusunun Bakıya qanunsuz daxil olması və dinc əhalini amansızcılıqla qətlə yetirməsi xalqın tarixində ən qanlı günlərdən biri kimi yadda qaldı. Həmin gün Azərbaycan xalqı Sovet imperiyasının amansız təzyiqlərinə baxmayaraq, öz milli iradəsini ifadə etməyi bacardı.
Bərxudar Bərxudarov vurğulayıb ki, 20 Yanvar xalqımızın mübarizliyinin simvoludur. "Bu tarix sözün əsl mənasında xalqın iradəsini ifadə edir. Bizim şəhidlərimiz azadlıq yolunda həyatlarını qurban verdilər və bu yolla dövlətçiliyimizin əsasını qoydular. Onların qanı dövlətimizin azadlıq bəyanatını yazdı," - deyə o qeyd edib.
20 Yanvar hadisələri xalqımızı milli birliyə sürüklədi. Bu hadisə xalqımızı təkcə azadlıq əzmi ətrafında birləşdirmədi, eyni zamanda dövlətçilik ideyalarını qorudular.
Bərxudar Bərxudarov vurğulayıb ki, 20 Yanvar hadisələri xalqımızı bir yumruq kimi birləşdirərək azadlıq ideyasına böyük önəm qazandırdı. "Həmin vaxt insanlar təzyiq və qorxuya baxmayaraq, meydanlara axışaraq öz iradələrini ifadə etdilər. Bu hadisələr xalqımızın çəkinməzliyinin və milli birliyinin böyük nümunəsi idi," - deyə o bildirib.
Bərxudar Bərxudarov qeyd edib ki, bu günün əhəmiyyətini şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onlara göstərilən dövlət qayğısı da artırır. Şəhid ailələri, qazilər və hadisələr zamanı zərər çəkənlər dövlətimiz tərəfindən daim diqqət mərkəzindədir.
"Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinə, qazilərə göstərilən diqqət dövlətimizin və tariximizə sadiqliyinin ən gözəl nümunəsidir. 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və biz bu irsi gələcək nəsillərə ötürməliyik," - deyə o vurğulayıb.
Bərxudar Bərxudarovun fikrinə görə, 20 Yanvar hadisələri xalqımızın azadlıq tarixinin əbədi səhifəsidir. Bu tarix xalqın milli birlik ruhunu qoruyub saxlayan bir xatirədir. "Bizim borcumuz şəhidlərimizin xatirəsini daim saxlamaq və azadlıq yolunda verdikləri qurbanları unutmamaqdan ibarətdir. 20 Yanvar şəhidləri xalqımızın milli qürurunun etimad simvoludur," - deyə o bildirib.
Allah şəhidlərimizə rəhmət eləsin.