Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Peşəkarlıq, humanizm və müasir idarəetmə nümunəsi – Günay Muradova
Azərbaycan səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu mühüm missiyanın layiqincə icrasında regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Məhz belə məsuliyyətli, peşəkar və fədakar rəhbərlərdən biri də Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadır. O, öz fəaliyyəti ilə həm kollektivin, həm də rayon sakinlərinin dərin hörmət və etimadını qazanmışdır.
Günay Muradova səhiyyə sahəsində idarəetməyə müasir yanaşma gətirən, yeniliyə açıq və daim inkişafı hədəfləyən rəhbərdir. Onun rəhbərliyi altında Qobustan Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, əhalinin məmnunluğu artmışdır. Direktor olaraq o, yalnız inzibati işlərlə kifayətlənmir, eyni zamanda xəstələrin problemlərinə həssas yanaşır, həkim–pasiyent münasibətlərində humanizmi əsas prinsip kimi qəbul edir.
Günay Muradovanın əsas diqqət yetirdiyi məsələlərdən biri xəstəxananın maddi-texniki bazasının gücləndirilməsidir. Onun təşəbbüsü və səyləri nəticəsində tibb müəssisəsində müasir avadanlıqlardan istifadə genişlənmiş, diaqnostika və müalicə imkanları xeyli artmışdır. Bu isə Qobustan rayon sakinlərinin paytaxta üz tutmadan, yaşadıqları ərazidə keyfiyyətli tibbi xidmət almasına şərait yaradır. Bu yanaşma Ulu Öndər Heydər Əliyevin “Xalq üçün, dövlət üçün çalışmaq lazımdır” prinsipinin səhiyyə sahəsində uğurlu təzahürüdür.
Direktor Günay Muradova kadr məsələlərinə də xüsusi həssaslıqla yanaşır. O, peşəkar, savadlı və vicdanlı tibb işçilərinin formalaşmasını səhiyyənin əsas dayağı hesab edir. Xəstəxanada çalışan həkim və orta tibb personalının bilik və bacarıqlarının artırılması, onların ixtisasartırma kurslarına cəlb edilməsi, iş mühitində sağlam münasibətlərin qurulması onun daim diqqət mərkəzindədir. Bu isə kollektivdə birlik, qarşılıqlı hörmət və məsuliyyət hissini daha da gücləndirir.
Günay Muradovanın fəaliyyəti yalnız tibbi xidmətlərlə məhdudlaşmır. O, eyni zamanda sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, şəhid ailələrinə, müharibə veteranlarına və aztəminatlı vətəndaşlara xüsusi qayğı göstərir. Belə ailələrə tibbi xidmətlərin göstərilməsində operativlik və diqqət onun üçün mənəvi borcdur. Bu humanist yanaşma Günay Muradovanı təkcə uğurlu rəhbər deyil, həm də yüksək mənəviyyat sahibi bir insan kimi tanıdır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən səhiyyə strategiyası regionlarda tibbi xidmətlərin əlçatanlığını əsas məqsəd kimi qarşıya qoyur. Günay Muradova bu dövlət siyasətinə sadiq qalaraq, Qobustan Rayon Mərkəzi Xəstəxanasını daim inkişaf yolunda aparır. Onun fəaliyyəti sübut edir ki, düzgün idarəetmə və vicdanlı yanaşma olduqda, region xəstəxanaları da nümunəvi səviyyəyə yüksələ bilər.
Günay Muradovanın rəhbərlik üslubunda şəffaflıq, ədalət və tələbkarlıq əsas yer tutur. O, hər bir məsələyə obyektiv yanaşır, problemlərin vaxtında və köklü həllinə üstünlük verir. Xəstələrin müraciətlərinə diqqətlə yanaşılması, onların dinlənilməsi və real addımların atılması onun rəhbər kimi əsas üstünlüklərindəndir. Bu səbəbdən Qobustan rayon əhalisi Günay Muradovanı etibarlı və qayğıkeş səhiyyə rəhbəri kimi tanıyır.
Bütün bunlarla yanaşı, Günay Muradova gənc nəslə örnək olan, məsuliyyətli və məqsədyönlü qadın rəhbər obrazını da uğurla formalaşdırmışdır. O, sübut edir ki, peşəkarlıq, zəhmət və insanlara sevgi ilə istənilən sahədə yüksək nəticələr əldə etmək mümkündür.
Sonda Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovanı və rəhbərlik etdiyi kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibətilə ürəkdən təbrik edirik. Arzu edirik ki, 2026-cı il Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni uğurlar gətirsin. Qoy Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Azərbaycan səhiyyəsi Sizin kimi peşəkar rəhbərlərin sayəsində daha da güclənsin. Bayramınız mübarək, Yeni iliniz uğurlu və bərəkətli olsun!
Səxavət Nur























































