Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Honkonqdakı yanğına görə 11 nəfər həbs edildi - Ailələrə kompensasiya veriləcək
Honkonqda yerləşən “Wang Fuk Court” yaşayış kompleksində baş vermiş yanğınla əlaqədar 11 nəfər həbs olunub.
“Qafqazinfo” “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, onlardan 8 nəfəri Korrupsiya ilə mübarizə üzrə müstəqil komissiya, 3 nəfəri isə polis tərəfindən həbs olunub.
Qeyd edək ki, 2 gün davam etmiş yanğın nəticəsində 128 nəfər ölüb, 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.
Honkonq hökuməti həlak olan hər bir şəxsin ailəsinə 200 min Honkonq dolları (təxminən 43600 AZN) və dəfn xərclərini ödəmək üçün dövlət dəstəyi veriləcəyini bəyan edib.
Bundan başqa, yanğından zərər çəkmiş hər kəs əvvəlcədən vəd edilmiş 10 min Honkonq dollarına (təxminən 2000 AZN) əlavə olaraq 50 min Honkonq dolları (təxminən 10100 AZN) məbləğində müavinət alacaq.























































