İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Dəhşətli yanğınla bağlı son vəziyyət - Ölənlərin sayı artır
Honkonqun Tai Po rayonunda yaşayış binalarını əhatə edən böyük yanğın nəticəsində ən azı 44 nəfər həyatını itirib, 279 nəfər isə hələ də itkin hesab olunur.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 800-dən çox yanğınsöndürən “Wang Fuk Court” yaşayış kompleksindəki yanğına müdaxilə edir. Kompleksdəki səkkiz binadan dördündə yanğın nəzarət altına alınsa da, digər binalarda alovlanma davam edir.
İlkin araşdırmalar nəticəsində, yanğının sürətlə yayılmasına səbəb ola biləcək standartlara uyğun olmayan tikinti materiallarından istifadə ehtimalı üzə çıxıb. Bu səbəbdən üç tikinti şirkətinin rəhbər şəxsləri səhlənkarlıqda şübhəli bilinərək saxlanılıb.
Hadisə Honkonqda ən yüksək səviyyə olan - beşinci dərəcəli yanğın kimi təsnif edilib.
Yerli KİV-lərin məlumatına görə, gecə saatlarında aparılan xilasetmə əməliyyatları zamanı bir körpə və bir yaşlı qadın xilas edilib.
Hökumət yanğının qarşısını alarkən həlak olan 37 yaşlı yanğınsöndürənə ehtiramını bildirib və onun “fədakar və cəsur” olduğunu vurğulayıb.
Hadisə ilə bağlı yerli bələdiyyə üzvləri bildirirlər ki, sakinlər hələ də binalarda qalan yaxınları ilə əlaqə qura bilmədikləri üçün yerli hakimiyyətdən kömək istəyirlər.























































