Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Oğlum dedi ki, sənə Azərbaycan çayı almışam...” - Şəhid atası
“Oğlum mənə dedi ki, “ata, sən çayı sevirsən, sənə Azərbaycan çayı almışam...”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca bildirib.
O, qəza baş verən gündən bir gün əvvəl oğluyla telefonla danışdığını deyib: “Danışanda bizə Azərbaycandan hədiyyə aldığını demişdi. Dedi ki, bir qrup getdi, ondan sonra biz gələcəyik. Amma gələ bilmədi...”
Özünün də təqaüddə olan hərbçi olduğunu deyən N.Karaca oğlunun uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu deyib: “Övladım öz işini çox sevirdi. 8 ildir xidmət edirdi. Bu il yer dəyişikliyi edəcəkdi. Deyirdi ki, “ata, təyinat istəyəcəyəm, sənə yaxın Bandırmaya gələcəyəm”. Amma gələ bilmədi. Oğlumun toyu etmək əvəzinə cənazə hazırlıqlarını edirəm.
Oğlum anasına “ana, mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən, mətanətli duracaqsan, dik duracaqsan” deyib. Vətən sağ olsun!”
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.

























































