Xəbər Lenti
26-08-2026, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
26-08-2026, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
26-08-2026, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
26-08-2026, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 14:53
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalan qusarlı qəhrəman
Qusarlı döyüşçü Şixmir Ağamirovun Füzulidən başlayan döyüş yolu Zəfər Gününədək davam edib. Ömrünün 12 ilini hərbçi kimi Vətənə xidmət edən baş gizir Şuşada şəhidlik zirvəsinə ucalıb.
1990-cı il aprelin 5-də Qusar şəhərində anadan olan Şixmir Qabil oğlu Ağamirov 2007-ci ildə orta məktəbi bitirərək əsgərliyə yollanıb. Hərbi xidmətdən sonra xüsusi kurs keçərək gizir kimi fəaliyyətə başlayıb. Həyatını hərb sahəsinə bağlayan qusarlı qəhrəman Aprel döyüşlərində fəal iştirakına görə təltif olunub. 44 günlük Vətən müharibəsi başlayanda Şixmir Füzulinin azad olunması uğrunda döyüşlərə başlayıb. Daha sonra Şuşa istiqamətində irəliləyən bölmələrimizin tərkibində döyüşüb. Noyabrın 7-də Şuşanın azad edilməsi zamanı ön xətdəki döyüşçülərimizin silah təminatını həyata keçirən Şixmirin olduğu avtomobil düşmən tərəfindən minaatan mərmisi ilə vurulub. Maşında yaralanan üç döyüşçümüzdən ikisinin həyatını xilas etmək mümkün olsa da, Şixmir Ağamirov bir gün sonra şəhidlik zirvəsinə ucalıb.
“Şixmir əsgərlikdən sonra üç aylıq gizirlik kurslarını keçdi. Hərbçi kimi Füzuli, Beyləqan, Ağcabədidə xidmət edib. Aprel döyüşlərində qəhrəmanlıq göstərib. Vətən müharibəsi günlərində bizimlə əlaqə saxlayırdı. Hər şeyin yaxşı olduğunu, qalib gələcəklərini söyləyirdi. Döyüş yoldaşlarının dediyinə görə oğlum Şuşayadək qəhrəmanlıqla döyüşüb”, - deyə şəhidin atası Qabil Ağamirov söyləyib.
Şəhidin qardaşı Elçin Ağamirov deyib: “Qardaşım haqqında ancaq xoş sözlər deyə bilərəm. Döyüşlərdə də qəhrəmanlığı ilə seçilib. Müharibə vaxtı möhkəm xəstələnmişdi. Ona dedim ki, müalicə olunsun. Mən belə çətin anlarda əsgərlərimi tək qoyub heç yerə gedə bilmərəm. Son döyüşədək əsgərləri ilə birlikdə oldu. Şixmir şəhid olan vaxt yanında olan və yaralanan döyüş yoldaşları evimizə gəlir. Onlarla söhbət edib təsəlli tapırıq”.
Şixmir Ağamirov 2015-ci ildə ailə qurub. Dörd il övlad həsrətindən sonra qızları dünyaya gəlib. Amma Şixmir körpə qızı Amiranın üzünü doyunca görə bilməyib. Qızı ilə yeni doğulanda və beş aydan sonra evə məzuniyyətə gələndə görüşə bilib.
“İndi də inana bilmirəm ki, Şixmir bizimlə deyil. Qızım balaca olsa da, mənə təsəlli verir. Ağlayıram. Qızım gəlib məni qucaqlayıb deyir ki, ana ağlama. Qızının üzünü doyunca görə bilmədi. Şəhid olacağını elə bil hiss eləmişdi. Son telefon söhbətlərimizdə vəsiyyət edirmiş kimi danışırdı. Mənə yaralandığını dedilər. Noyabrın 9-da qapımıza bayraq sancdılar. Elə bildim, Bayraq Günü ilə əlaqədardır. Amma təcili yardım maşınını qapıda görəndə dünya gözümdə qaraldı”, - deyə şəhidin həyat yoldaşı Məleykə Ağamirova söyləyib.
Qəhrəman döyüşçü ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şixmir Ağamirov 2020-ci il noyabrın 9-da Qusardakı Şəhidlər xiyabanında dəfn olunub.























































