Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Sertifikatı ləvğ olunmuş həkim məsuliyyətdən yaxa qurtara biləcəkmi?
Bu ilin avqust ayının 15 də “Etalon" hospitalda məşhur kouç (şəxsi inkişaf mütəxəssisi - red.) və tanınmış psixoloq Nilufər Abdulla plastik əməliyyatdan sonra vəziyyətinin ağırlaşması və dünyasının dəyişməsi haqda məlumat vermişdik.İlkin olaraq yayılan xəbərlərda Nilufər Abdullanın estetik əməliyyatının “Etalon" hospitalda hansı həkim tərəfindən həyata keçrilməsi haqda heç bir məlumata rast gəlinmədi.Sonradan isə Nilufər Abdullanın estetik əməliyyatını Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edildiyi bildirildi.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.
Rəhmətlik Nilufər xanımın anası Məlahət xanım sosial şəbəkə hesabında fəryad edərək yazır: Nilufər mənim qızımdır. Almaniyada yaşayırdı.O öz işləriylə əlaqədar heç bir səhifəni izləyə bilmirdi.Almaniyada Terapiya və kouçing institutu açmışdı, 5 dildə səlis danışırdı. Özünü yalnız tələbələrinə, verdiyi təlimlərə həsr etmişdi. Ona görə Azərbaycandakı həkimlər haqda elə də məlumatlı deyildi. Kiminsə tövsiyəsi ilə həmin həkimin yanına gedib.O həyatda şəfaçı ruh idi. Minlərlə insanı şəfalandırmışdı. Məncə, öz ölümüylə də o insanlara xidmət etdi, insanları ayıltdı. Xahiş edirəm bu məsələni geniş işıqlandırın.Qoy bundan sonra heç kim savadsız həkimlərin qurbanına çevrilməsin.Qızımı qaytarmaq artıq mümkün deyil. Amma onun qatillərinin cəzalanması bəlkə də məni bir az sakitləşdirər.Biz dövlətimizə güvənirik.Ümid edirəm ki, ekspertizanın rəyi obyektiv olacaq. Əks halda biz müstəqil ekspertlərin rəyini tələb edəcəyik.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumata görə Seymur Məmmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”, Publik Hüquqi Şəxsin Komisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirliyə və Mərkəzi Ekspertiza şöbəsinin rəisi Ceyhun Allahverdiyevə "çox güvənir".
Sertifikatı ləvğ olunmuş Seymur Məmmədov öz-özlüyündə belə hesab edir ki, "ölüm işini bağlamaq" üçün yuxarıda adları çəkilən şəxslər ona kömək edəcək və bunun üçün canfəşanlıq edir.
Nilufər xanımın anasının sözləri ilə desək: Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Biz bu məsələnin ilk gündən obyektiv araşdırılmasını istəyirik.Qızımın qatillərinin cəzalanması bəlkə də məni bir az sakitləşdirər.
Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” işin obyektiv araşdıracağına redaksiya olaraq biz də inanmaq isdərdik.
Mediatv.az























































