Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
"Uğur 777" klinikasında ölümə aparan estetik fırıldaq – Firuzə Əliyeva kimdir?!
"Uğur 777" estetik klinikasında daha bir qalmaqallı saxtakar peyda olub – Firuzə Əliyeva! Özünü həkim kimi təqdim edən bu şəxsin nə tibbi diplomu, nə də rəsmi sertifikatı var. İllərdir cəmiyyətə təhlükə yaradan, insan həyatı ilə oynayan bu kimi saxta "mütəxəssislər" bu dəfə də ölümə aparan oyunun içindədir.
Araşdırmalarımız zamanı daha dəhşətli faktlar ortaya çıxdı: Firuzə Əliyeva bir vaxtlar başqa bir saxta kosmetoloqun – tanınmış qalmaqallı fiqurun yanında təmizlikçi işləyib. İndi isə özünü "həkim" kimi təqdim edir və insanların üzərində kosmetoloji prosedurlar aparır. Əslində isə bu proseslər ölüm və fəsadlarla nəticələnə bilər!
Bundan da qorxuncu – Firuzə Əliyevanın adı bir ölüm hadisəsində də keçir. "Davinçi" klinikasında baş vermiş uğursuz estetik əməliyyat zamanı həyatını itirən bir qadının faciəsində onun da iştirakçı olduğu iddia olunur. Mərhum qadının, yəni qaynı arvadının ölümündə həkim adı altında prosesə cəlb edildiyi və hadisə vaxtı orada işlədiyi təsdiqini tapır. Qeyd edək ki prosedur Ülviyyə İlyasova tərəfindən həyata keçirilib.
Bu qədər fakt və şok detallara baxmayaraq, Firuzə Əliyeva hazırda "Uğur 777" klinikasında estetik prosedurlar həyata keçirməyə davam edir. Bu isə sadəcə biabırçılıq deyil, birbaşa insan həyatı üçün təhlükədir!
Buradan aidiyyəti qurumlara səslənirik: Saxta həkimlərin və qeydiyyatsız kosmetoloji xidmətlərin qarşısı dərhal alınmalıdır! Dövlət orqanları bu məsələni nəzarətə götürməli, məsuliyyətsiz klinikalar və orada çalışan “həkimlərin” fəaliyyətinə hüquqi qiymət verilməlidir.
Məsələnin sonuna qədər izləyicisi olacağıq.
Qarşı tərəfin mövqeyini tanıyırıq.
Mənbə: https://www.instagram.com/p/DMvcWxUNUTU/?igsh=bDlkMDM4djczN3Fk






















































