Menu
Xəbər Lenti
Bu gün Aşuradır
5-07-2025, 08:59

Bu gün Aşuradır

07 İyul 2025 09:48Manşet / Gündəm / Səhiyyə

Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “İŞİNİN PEŞƏKARI, QABAQCIL SƏHİYYƏ İŞÇİSİ”

 

Azərbaycan səhiyyəsi son illərdə sürətlə inkişaf edir. Bu inkişafın əsas memarlarından biri də heç şübhəsiz, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardır. Ölkənin hər yerində, o cümlədən rayon və kəndlərdə səhiyyə infrastrukturunun müasirləşdirilməsi, keyfiyyətli tibbi xidmətin təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin mərkəzində isə vicdanla, peşəkarlıqla çalışan həkimlər, tibb işçiləri dayanır. Onlardan biri də Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, işinin peşəkarı və qabaqcıl səhiyyə işçisi kimi tanınan Xəyalə İmanovadır.


Xəyalə İmanova uzun illərdir ki, səhiyyə sistemində çalışır və öz səmərəli fəaliyyəti ilə həm Qobustan sakinlərinin, həm də tibb cameəsinin böyük rəğbətini qazanıb. O, həkimlik sənətinə yalnız bir peşə kimi deyil, həm də bir vəzifə, bir müqəddəs missiya kimi yanaşır. Onun üçün insan sağlamlığını qorumaq, xəstəyə şəfa bəxş etmək təkcə iş deyil, həm də mənəvi borcdur.


Məhz bu yanaşma onun gündəlik fəaliyyətində də öz əksini tapır. Hər bir pasiyentə fərdi yanaşması, peşəkarlığı və insanlara səmimiyyətlə xidmət etməsi onu həmkarlarından fərqləndirir. Onun rəhbərliyi altında Qobustan Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.


Baş həkim kimi Xəyalə İmanova yalnız tibbi işləri deyil, eyni zamanda idarəçilik və təşkilatçılıq sahəsində də yüksək bacarıqlar nümayiş etdirir. Onun rəhbərliyi dövründə xəstəxanada bir çox islahatlar həyata keçirilib, tibbi avadanlıqlar yenilənib, pasiyent məmnunluğunu artırmaq üçün ciddi addımlar atılıb.


Həkim heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün o, daim təlimlərə, seminar və konfranslara önəm verir. Gənc tibb işçilərinin yetişməsinə xüsusi diqqət ayıran Xəyalə xanım həm də onların peşəkar formalaşmasında müəllim, mentor kimi çıxış edir. Bu, onun səhiyyəyə, vətənə və xalqa xidmətə olan sadiqliyinin göstəricisidir.


Koronavirus pandemiyası bütün dünyada səhiyyə işçilərinin nə qədər əvəzolunmaz olduqlarını bir daha ortaya qoydu. Qobustan rayonunda da pandemiya ilə mübarizədə əsas yük məhz Xəyalə İmanovanın rəhbərlik etdiyi tibb ocağının üzərinə düşdü. O, bu çətin dövrdə gecə-gündüz çalışaraq, tibb işçilərini səfərbər etdi, əhalinin sağlamlığının qorunması üçün böyük zəhmət sərf etdi.


Onun şəxsi təşəbbüsü ilə maarifləndirici tədbirlər təşkil olundu, xəstəxanada xüsusi pandemiya bölməsi yaradıldı, tibb işçilərinə motivasiya dəstəyi verildi. Bu fədakar fəaliyyət təkcə Qobustan əhalisinin deyil, həm də ölkə rəhbərliyinin diqqətindən yayınmadı.


Xəyalə İmanovanın rəhbərliyi altında Qobustan Rayon Mərkəzi Xəstəxanasında göstərilən xidmətlər artıq regionun digər rayonlarında da nümunə kimi qəbul edilir. O, müasir tibbi texnologiyaların tətbiqinə, rəqəmsallaşmaya və xəstələrə mədəni, hörmətli münasibətin formalaşmasına xüsusi önəm verir. Xəstəxanada sanitar-gigiyenik normaların qorunmasına ciddi nəzarət edilir, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsas götürülür.


Eyni zamanda, Xəyalə xanım mütəmadi olaraq şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara dəstək göstərir, humanist prinsipləri fəaliyyətinin əsasına çevirib. Onun rəhbərliyi dövründə Qobustan səhiyyəsində sosial məsuliyyət mədəniyyəti də formalaşıb.


Xəyalə İmanova daim dövlətin və dövlətçiliyin yanındadır. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə verdiyi dəyəri dərindən anlayır və öz fəaliyyətində bu dəyərləri əsas tutur. Azərbaycan səhiyyəsinin inkişaf strategiyasını dəstəkləyən Xəyalə xanım, eyni zamanda, Heydər Əliyev irsinin daşıyıcısı kimi çalışır. Onun fəaliyyəti həm də vətəndaş məsuliyyətinin, peşə borcunun və insanlıq dəyərlərinin sintezidir.


Qobustan sakinləri Xəyalə İmanovanı təkcə həkim və rəhbər kimi deyil, həm də xeyirxah, qayğıkeş, təvazökar bir insan kimi tanıyır. O, daim vətəndaşların yanında olur, onların qayğı və problemlərinə biganə qalmır. Şəhid ailələrinin, qazilərin, aztəminatlıların evlərinə baş çəkir, onlara maddi və mənəvi dəstək göstərir. Bu, onun insani keyfiyyətlərinin ən bariz göstəricisidir.


Xəyalə İmanova təkcə Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi deyil. O, həm də səhiyyənin inkişafında əvəzsiz xidmətləri olan, yüksək peşəkarlığı və insani dəyərləri ilə seçilən bir ziyalı, bir rəhbər, bir örnək qadındır. Onun timsalında biz, həkimlik sənətinə necə sədaqətlə yanaşmağın mümkün olduğunu görürük.


"İşinin peşəkarı, qabaqcıl səhiyyə işçisi" ifadəsi Xəyalə xanımın həyat fəlsəfəsinə tam uyğundur. O, hər gün bu ifadəni əməli ilə doğruldur və cəmiyyət üçün dəyərli, dövlət üçün etibarlı bir insan kimi fəaliyyətini davam etdirir. Qobustan səhiyyəsinin inkişafına verdiyi töhfələr isə daim xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.


 

Səxavət Nur

Yazıçı-publisist