Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

06 İyul 2025 09:24Manşet / Cəmiyyət

Zaqataladakı qəzada yaralanan qadın da öldü - Yenilənib

 

Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

***

DİN-in mətbuat xidmətindən bildirilib ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”-ya çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”-nın  sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə ölüb. 

Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

“KIA”dakı sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Mübariz Muradov