Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə növbəti səyyar görüş keçirib
Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev: "DÖVLƏT VƏ DÖVLƏTÇİLİYƏ SƏDAQƏT ANDI"
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.
"Sea Breeze Marinas" MMC-nın direktoru Elbəy Rzayev Azər oğlu: "VƏTƏNƏ BAĞLILIQ, İŞİNİN PEŞƏKARI, ZİYALILIQ MİSSİYASI".
Müasir dövrümüzdə vətənpərvərlik, peşəkarlıq və ziyalılıq kimi ali keyfiyyətləri özündə birləşdirən şəxslər cəmiyyətin inkişafına mühüm töhfə verirlər. Belə şəxsiyyətlər həm dövlətin dayağına çevrilir, həm də vətəndaşlar üçün örnək olur. Bu mənada “Sea Breeze Marinas” MMC-nın direktoru Elbəy Rzayev Azər oğlu öz fəaliyyəti, əqidəsi və ictimai mövqeyi ilə nümunə göstəriləcək ziyalı simalardan biridir.
Elbəy Rzayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yoluna hər zaman bağlı bir şəxs kimi tanınır. O, müstəqil Azərbaycan Respublikasının qurucusu və xilaskarı olan Ulu Öndərin əsasını qoyduğu dövlətçilik məktəbinə sadiqdir və bu siyasi kursun davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti tam dəstəkləyir.
Bu mövqeyi yalnız sözlə deyil, əməli fəaliyyəti ilə də sübut edən Elbəy Rzayev daim dövlət maraqlarını şəxsi mənafelərdən üstün tutmuş, cəmiyyətin rifahı naminə fədakar fəaliyyət göstərmişdir. Onun rəhbərlik etdiyi "Sea Breeze Marinas" şirkəti bu gün regionun aparıcı istirahət və infrastruktur layihələrindən biri olaraq ölkəmizin turizm potensialının inkişafına xidmət edir.
Elbəy Rzayevin rəhbərlik etdiyi “Sea Breeze Marinas” MMC yalnız kommersiya qurumu deyil, eyni zamanda mədəniyyətin, ekoloji təfəkkürün və müasir şəhərsalmanın inteqrasiyasını özündə birləşdirən bir layihədir. Burada yaradılan infrastruktur, ekoloji mühitə və yerli resurslara dərin hörmətlə yanaşma prinsipləri rəhbər tutulur.
Marina və turizm sektorunun inkişafı ilə Azərbaycanın Xəzər sahili boyunca daha cəlbedici və beynəlxalq səviyyədə rəqabətədavamlı istirahət zonaları yaradılır. Bu, həm iqtisadi gəlirlərin artmasına, həm də ölkəmizin beynəlxalq turizm xəritəsində mövqeyinin güclənməsinə səbəb olur. Təbii ki, bu proseslərin arxasında duran əsas qüvvə isə Elbəy Rzayev kimi strateji baxışa malik, idarəçilikdə çevik və yenilikçi menecerlərdir.
Elbəy Rzayevin fəaliyyəti təkcə idarəçiliklə məhdudlaşmır. O, daim əməkdaşlarının sosial rifahı, layihələrinin davamlılığı və şəffaflığı üzərində xüsusi diqqətlə dayanır. Rəhbərlik etdiyi kollektivdə insan amilinə hörmət, əməkdaşlığa dayanan münasibət və ədalətli idarəetmə mədəniyyəti hökm sürür. Bu, onu iş dünyasında etibarlı lider və vətənpərvər sahibkar kimi fərqləndirir.
Elbəy müəllimin əsas amal və ideyalarından biri də gənclərə dəstək olmaq, onların inkişafına təkan verməkdir. O, gələcəyin mütəxəssislərinin yetişdirilməsi, təcrübə proqramlarının təşkili və maarifləndirici layihələrin həyata keçirilməsinə xüsusi önəm verir.
Elbəy Rzayev dövlətin sosial siyasətinə uyğun olaraq, daim şəhid ailələri, müharibə veteranları, qazi və aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərən ziyalı iş adamlarındandır. O, bu missiyanı yalnız vətəndaşlıq borcu deyil, həm də mənəvi və insani məsuliyyət kimi qəbul edir.
Zaman-zaman şəhid ailələrinin ev şəraitinin yaxşılaşdırılması, tibbi və sosial xidmətlərə çıxış imkanlarının təmin olunması, qazilərə sosial yardım proqramlarının dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etmiş, bu ailələrlə mütəmadi əlaqədə olmuşdur. Bu isə onun şəxsiyyətində yüksək mənəvi dəyərlərin kök saldığını göstərir.
Eyni zamanda, kimsəsizlərə və yaşlı insanlara yardım əli uzatmaq, onların cəmiyyətə inteqrasiyasına yardım etmək, unudulmadıqlarını hiss etdirmək onun həyata baxışında mühüm yer tutur. Bu baxımdan Elbəy Rzayev təkcə iş dünyasında deyil, həm də humanitar sahədə dəstəkçi bir lider kimi qəbul edilir.
Ziyalı olmaq sadəcə elm sahibi olmaq deyil, cəmiyyət qarşısında mənəvi məsuliyyət daşımaq, xalqın ağrısına, sevincinə ortaq olmaq deməkdir. Elbəy Rzayev bu mənada öz ziyalılıq mövqeyini qoruyan, milli-mənəvi dəyərlərə sadiq qalan nümunəvi bir şəxsdir.
Onun çıxışlarında, müsahibələrində və ictimai fəaliyyətində bu keyfiyyətlər bariz şəkildə özünü göstərir. O, Azərbaycançılıq ideologiyasının daşıyıcısı, tariximizə, mədəniyyətimizə və dilimizə dərin hörmət bəsləyən və bu dəyərlərin gənc nəslə ötürülməsi üçün çalışan vətəndaşdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, xüsusilə də 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi Zəfər, hər bir vətəndaşın dövlətə olan inamını daha da gücləndirdi. Elbəy Rzayev də bu siyasətin sadiq dəstəkçilərindən biridir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurların davamlı olması üçün öz sahəsində vicdanla çalışır.
O, dəfələrlə çıxışlarında qeyd etmişdir ki, “Azərbaycanın inkişafı hər birimizin şəxsi məsuliyyətindən keçir. Prezidentimizin ətrafında sıx birləşərək, öz peşəmizdə maksimum səmərə verməli, Vətənimizə layiqli xidmət göstərməliyik.” Bu çağırış vətənpərvərlik və dövlətə bağlılığın açıq göstəricisidir.
Elbəy Rzayev Azər oğlu – peşəkar menecer, ziyalı və vətənə bağlı bir insan kimi həm sahibkarlıq sahəsində, həm də sosial həyatdakı fəaliyyəti ilə nümunə göstərilən şəxsiyyətlərdəndir. Onun rəhbərlik etdiyi “Sea Breeze Marinas” MMC yalnız dəniz turizminin inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsinə töhfə verir. Eyni zamanda o, şəhid ailələri, qazilər, müharibə veteranları və ehtiyac içində olan insanlara göstərdiyi diqqət və qayğı ilə də öz adını hörmətlə andırır.
Bu gün belə insanlar sayəsində Azərbaycan dövləti daha da güclənir, cəmiyyətimiz daha sağlam və dəyərlər üzərində qurulmuş bir strukturla inkişaf edir. Elbəy Rzayev kimi ziyalı və işıqlı simalar xalqımızın fəxridir!