Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
“Atəşgah” 5 aylıq maliyyə göstəricilərini açıqladı
2025-ci ilin yanvar-may aylarında “Atəşgah” Sığorta Şirkəti ASC 16 milyon 623 min manat sığorta ödənişi həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 969 min manat və ya 92,1% artım deməkdir. Ötən ilin eyni dövründə şirkətin sığorta ödənişləri 8 milyon 654 min manat təşkil edib.
Sığorta haqqlarına gəlincə isə cari ilin ilk beş ayında “Atəşgah” Sığorta Şirkəti ASC 25 milyon 764 min manat sığortahaqqı toplayıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 892 min manat və ya 17,8% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 21 milyon 872 min manat sığortahaqqı toplamışdı.
Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti müştərilərinə 30-dan çox könüllü və icbari sığorta növləri üzrə geniş spektrli sığorta xidmətlər təqdim edir. Şirkət gələcəkdə də innovativ yanaşmalar və yüksəkixtisaslı komandası ilə sığorta sektorunun inkişafına öz töhfəsini verməyə davam edəcək.























































