Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov: “28 May-Müstəqillik Günü tariximizin şanlı səhifələrdəndir”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “28 May-müstəqil ölkəmizin tarixinin ən mühüm günlərindən biridir”
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
İş adamı Cəbrayıl Cəbrayılov: “28 May – Müstəqillik Günü: Milli qürurumuzun, dövlətçilik iradəmizin rəmzi”
Əfsane klub geri dönür " Ağsu siti " klubunun Prezdenti Eminli Rəmzi musahibəsində " Aģsu Siti " Futbol klubunu yenidən bərpa olunduqnu bildirdi.
Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov - YÜKSƏK PEŞƏKARLIQ VƏ VƏTƏNDAŞLIQ MİSSİYASI
Bütün sahələrdə olduğu kimi ölkəmizdə də tibb sahəsində böyük irəliləyişlərə nail olunub. Ölkəmizdə fəaliyyət göstərən bir çox tibb mərkəzlərindən fərqli olaraq Respublika Klinik Xəstəxanasının nailiyyətlərinin səbəbi bu tibb ocağında yaradılan inkişafedici mühit, həkimlərin yüksək peşəkarlığı və tibb sahəsində elm və praktikanın vəhdətidir.
Respublika Klinik Xəstəxanasında bacarıqlı həkim, peşəkar tibb işçiləri öz işinin öhdəsindən məharətlə gəlir. Yüksək insani keyfiyyətləri ilə seçilən tibb mərkəzinin bu illər ərzində ictimaiyyətin dərin hörmətini qazanmışlar. Respublika Klinik Xəstəxanasının tibb personalının üzərinə düşən bütün öhdəlikləri bacarıqla, layiqincə yerinə yetirmişdir.
Bu günədək rəhbər kimi fəaliyyət göstərən Elviz Qasımov ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Elviz müəllim xəstələrin qəlbini həmişə sevindirib, müalicəsini düzgün edib tam sağaldaraq xəstəxanadan yola salır. Elviz Qasımov sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir.
Elviz Qasımov dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyərək, səhiyyə sistemində qəbul etdiyi qərarlarını layiqincə, yüksək peşəkarlıqla həyata keçirərək rəhbərliyin və xalqın qarşısında nüfuz qazanmışdır. Respublika Klinik Xəstəxanasına üz tutan 44 günlük haqq savaşımızda sağlamlığın bir qismini itirən Qazilərimizi həkim personalı yüksək səviyyədə qarşılayaraq, onları müayinə və müalicə edərək xidmətlərində dururlar.
Bir sözlə Respublika Klinik Xəstəxanası bir şəfa ocağı olaraq başda Elviz Qasımov olmaqla şərəflə işinin və peşəsinin öhdəsindən gəlirlər.
Şəfalı əllər sahibi olan, bacarığı ilə seçilən bu tibb ocağında çalışan kollektiv və bura üz tutan hər bir xəstəni böyük hörmətlə qarşılayır. Tibb personalı həyatın hər bir anını maraqlı və mənalı keçirməyə çalışır. Zəhmətləri isə boşa getmir. “Ağıllı adam həmişə sənətdə hünər əldə edib yaxşı ad qoymağa çalışır”. Burda çalışan həkimlər öz dərin zəkası, dünyagörüşü, peşəkarlığı, savadı ilə seçilir, çalışdığı kollektiv, istərsə də onlara müraciət edən xəstələr arasında hər kəsin hörmətini və rəğbətini qazanırlar. Şərəfli peşə, sənət sahibi olmaq hər bir insanın ümdə arzusudur.
Bütün media işçiləri adından Respublika Klinik Xəstəxanasında çalışan bütün tibb personalına, başda Elviz Qasımov olmaqla səhiyyə sahəsində göstərdiyi yüksək xidmətlərə görə dərin təşəkkürümüzü bildirir, çətin, şərəfli və məsuliyyətli işində bol-bol nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq. Respublika Klinik Xəstəxanasına bundan sonra da tibbi fəaliyyətində fəallıq göstərərək yeni təşəbbüslərlə tibbimizə töhfələr bəxş edəcəyinə əminik.
Respublika Klinik Xəstəxanasının tibb işçiləri və başda Elviz Qasımov! Sizin əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətiniz, səriştəniz və tibb sahəsində peşəkarlığınız hər birimiz üçün qürurvericidir. Tibb işçilərinin mükafatlarla təltif edilməsi onların əməyinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Tibb işçiləri daim cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir, belə yüksək mükafatlar tibb işçilərini daha məsuliyyətli və peşəkar fəaliyyət göstərmək üçün ruhlandırır.
Çox hörmətli Elviz müəllim tibb sahəsinə verdiyiniz dəyərli və şərəfli töhfələrinizə görə təşəkkür və minnətdarlığımızı bildiririk. Əhaliyə göstərdiyiniz tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xidməti fəaliyyətinizdə fərqləndiyinizə görə sizə minnətdarlığımızı bildiririk! İşlərinizdə uğurlar və firavan həyat arzulayırıq.