Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Yekaterinburqda Rusiyanın həyata keçirdiyi zorakılıq: Putinin imperial hədəfləri
Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi "əməliyyat" zamanı azərbaycanlı icma üzvləri öldürüldü və bir çoxu həbs edildi. Əslində bu xəbərlər məni o qədər də təəccübləndirmədi. Çünki bu, Rusiyanın ilk qanlı, insanlıq cinayəti deyil, son da olmayacaq. Rusiyanın mövcudluğu, Putinin hakimiyyəti saxta yollarla əldə saxlaması hələ nəinki qonşu dövlətlər - Qafqaz regionu üçün, ümumiyyətlə dünya üçün hələ uzun müddət təhdid olacaq.
Rəsmi Moskvanın isə uydurduğu "etnocinayətkarlıq" termini bu cür basqınları "qanun əməliyyatı" kimi vitrinləşdirir, əslində isə milliyyət hədəfli zorakılığa hüquqi maska taxır. "Etnocinayətkarlıq" yeni termin olsa da, bu, Rusiya imperiyasının köhnə ideologiyasıdır.
Bu termin əsasında qeyri-rus millətlərə aid insanların avtomatik olaraq potensial cinayətkar kimi təqdim olunması hədəflənir. Bu isə milli ayrı-seçkiliyin hüquqi əsaslandırılması cəhdidir və ölkədə etnik təmizləmə siyasətinə zəmin yaradır.
Rusiya Federasiyasında baş verənlər tək-tək hadisələr deyil, bütöv bir ideoloji və siyasi sistemin təzahürləridir. Bu sistemdə qeyri-rus, qeyri-xristian və qeyri-slavyan olmaq avtomatik olaraq şübhəli olmaq, diskriminasiyaya məruz qalmaq və hüquqlardan məhrum edilmək deməkdir. Bu, sadəcə hüquqi deyil, həm də humanitar və mənəvi bir faciədir - ilk növbədə isə rus xalqının faciəsidir, çünki bu xalqı rejim azadlıqdan, insanlıqdan və ədalətdən uzaqlaşdırır.
Azərbaycan xalqı son onilliklərdə bir sıra faciələr yaşayıb - "20 Yanvar" qırğını, Xocalı soyqırımı, Qarabağ müharibəsi və 30 illik işğal. Bu hadisələrin hər birində bir ortaq cəhət var: Rusiya dövləti və onun hərbi-siyasi rəhbərliyinin birbaşa iştirakı. SSRİ-nin son illərində və onun çöküşündən sonra da Moskva bölgədə öz geosiyasi maraqlarını qorumaq üçün əlini günahsız insanların qanına belə batırmaqdan çəkinmədi.
1991-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı genişmiqyaslı hücumu və həyata keçirdiyi işğal zamanı Rusiya Ermənistanın əsas hərbi dəstəkçisi kimi çıxış etdi.
30 il davam edən işğal - Rusiya niyə susdu?
1994-cü ildən 2020-ci ilə qədər Ermənistan Azərbaycanın 20%-ni işğalda saxladı. Bu müddət ərzində Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olsa da, Ermənistana qarşı heç bir real təzyiq göstərmədi, Ermənistanın KTMT üzvlüyü ilə "toxunulmazlığını" qorudu, Azərbaycan ordusunun hərbi modernizasiyasını əngəlləmək üçün silah embarqosu tətbiq etməyə çalışdı.
2016-cı ildəki Aprel döyüşlərindən sonra Rusiya Ermənistanı təcili silahla təmin edərək Azərbaycan ordusunun irəliləyişini əngəlləməyə çalışdı.
SSRİ dövründən 2020-ci ilə qədər Azərbaycana qarşı yönələn bütün proseslərdə Rusiya ya birbaşa iştirak edib, ya da Ermənistanın işğalçı siyasətinə siyasi-hərbi dəstək verərək Qarabağ problemini süni şəkildə dondurub saxlayıb. Bu, təkcə imperiya marağından doğmurdu - bu, həm də Azərbaycana qarşı həyata keçirilən sistemli geopolitik basqının ifadəsi idi.
2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat (Azərbaycan, Rusiya və Ermənistan) əsasında Rusiya Federasiyası Qarabağın bir hissəsinə sülhməramlı kontingent yerləşdirdi. Görünüşdə məqsəd "atəşkəsə nəzarət və sabitliyi təmin etmək" idi. Lakin bu kontingent münaqişənin həllinə yox, onun dondurulmasına və birtərəfli müdaxilələrlə uzadılmasına xidmət edən vasitəyə çevrildi.
Ukraynada törədilən müharibə cinayətləri
Rusiya ordusunun Ukraynada törətdiyi vəhşiliklər - minlərlə mülki şəxsin qətlə yetirilməsi, yaşayış məntəqələrinin raket zərbələri ilə dağıdılması, Mariupol, Xarkov, Buça kimi şəhərlərdə sənədləşdirilmiş qətliamlar - göstərir ki, bu rejim üçün insan həyatı heç bir dəyərə malik deyil. Ukraynada mülki əhaliyə qarşı fosfor bombalarının, klaster sursatlarının istifadəsi və infrastrukturun məqsədli şəkildə dağıdılması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Rusiyanın dövlət siyasətinin təməlində bir sözlə cinayət dayanır. 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Rusiyaya məxsus "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vuruldu və təyyarə Qazaxıstanın Aktau şəhərinə qədər uçmağı bacardı və cinayət ört-basdır edilə bilmədi. Hadisə nəticəsində 38 nəfər həyatını itirdi. Bu, Ukrayna səmasında vurulmuş Malayziya Hava Yollarına məxsus "MH-17" faciəsinin bir növ təkrarı idi. Donbas üzərində Rusiyanın yer-hava raketi ilə sərnişin təyyarəsini vurması nəticəsində isə 298 nəfər həyatını itirmişdi.
Kibermüharibə: Kreml klaviaturada da atəş açır
"Roskomnadzor" əvvəlcə Oxu.Az-ı, ardınca Azərbaycanın daha bir neçə xəbər saytının ölkədə yayımını blokladı. Kreml xarici müstəqil mənbəni susdurmağa çalışsa da, ironikdir ki, Putinin sifətindəki "süni gənclik filtri"nin memləri azərbaycanlı sosial şəbəkə istifadəçiləri vasitəsilə yenə də rusdilli auditoriyaya çatır.
2025-ci ilin fevral ayında Rusiya ilə əlaqəli olan "APT29" ("Cozy Bear"), yəni "Rahat Ayı" (digər adları isə Midnight Blizzard, the Dukes) qrupunun həyata keçirdiyi genişmiqyaslı kiberhücum Azərbaycanın aparıcı media platformalarını iflic etdi; hökumət bunu rus xüsusi xidmətlərinin hibrid əməliyyatı adlandırdı. İnfrastruktur serverlərinin sındırılması, məlumat bazalarının silinməsi və dezinformasiya dalğası Moskvadan yönləndirilən "digital artilleriya"nın yeni mərhələsidir.
Bir sözlə, Azərbaycan xalqının yaddaşında bu hadisələr sadəcə tarix deyil - canla, qanla ödənmiş ədalət mübarizəsinin ən ağrılı səhifələridir. Həmin səhifələrdə Moskvanın imzası qanla yazılıb.
Putinin "botoksla cilalanmış" avtoritarizmi sadəcə Rusiyanın daxili dərd-səri deyil; o, regionu müharibə, kibertəhdid və informasiya boğuntusu ilə zəhərləyən neo-imperial layihədir. Yekaterinburqdan Aktauya, Bakıdan Buçaya qədər uzanan qanlı və digital izin bir müəllifi var: 26 ildir eyni kresloda oturub hələ də "cavan görünməyə" çalışan Vladimir Vladimiroviç. Dünya qəbul etməlidir ki, bu yasaq kosmetika artıq yalnız Kreml divarlarını deyil, beynəlxalq təhlükəsizlik arxitekturasının özünü də çatladır.
Rövşən Əsədov























































