Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Peşə bayramınız mübarək!
Ağ xalat, ağ ümid, ağ işıq, fədakar, şəfakar, qəhrəman, cəsur peşə sahibləri. Nəinki, cismə, hətta qəlbə, könülə şəfa verənlər. Həyat insanın yaşadığı, mövcud olduğu bir zənginlikdir. Bu zənginliyi yaşadan tarix təkrar olunur və insan mahiyyəti dəyişən və dəyişməyən dəyərlərin həm daşıyıcısı, həm iştirakçısı kimi ortaya çıxır. Bu mənada insan həmişə istedadın, ilhamın, işığın, aydınlığın, eşqin, sevginin, zəkanın, beyin gücünün bəhrəsi olan sağlam bədənə və sağlam ruha ehtiyac duyacaqdır. Həyat varsa, insan varsa, pis də var, yaxşı da, xəstəlik də var, ölüm də. Bütün bunlar insan üçündür. Lakin vaxtsız gələn xəstəliklərdən, tənəzzüllərdən adı ağ ümid olan, ağ libaslı insanlar qurtara bilir. Əsl peşəkarların dəyər qiymətini heç nə əvəz edə bilməz. Biz Sizə güvənirik. Sağlamlığımızı, həyatımızı sizin şəfakar, fədakar varlığınıza əmanət edirik. Cənnətimiz Azərbaycanın istedadlı, fədakar, şərəfli, ləyaqətli peşə sahiblərinə... Zamanın böyük və ağır yolunda insan sağlamlığına xidmət edən, hər biri öz sahəsinin Peşəkarı...
Peşə bayramınız mübarək, missiyanızla 100 yaşayın, ağ ümid, ağ xalat sahibləri!
Hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist
“Siyasət və Gerçək Uğur”
Araşdırmalar Mərkəzinin Komandası
Fərid Faiqoğlu
“Xezertv.info”-nun rəhbəri























































