Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Məişət zorakılığı: "Bəlkə də kişilərə psixoloji yardım göstərilməlidir"
2025-ci ilin 3 ayı ərzində Azərbaycanda 223 nəfər məişət zorakılığına məruz qalıb. Onlardan 117-si qadın, 13-ü kişi, 93-ü uşaq (49 oğlan, 44 qız) olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, məişət zorakılığına məruz qalanlar ən çox Bakı şəhərində qeydə alınıb.
Məişət zorakılığının qarşısını alınması üçün qanun necə sərtləşdirilməlidir?
Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya bildirib ki, məişət zorakılığını əks etdirən qanun kifayət qədər sərtdir:
"Amma kimsə kiməsə qarşı zor tətbiq edib, sağlamlığına xəsarət yetiribsə, məsuliyyətə cəlb olunmalıdır. Fərqi yoxdur hadisə məişətdə baş verib, yoxsa ailədən kənarda. Buna görə işin hallarından asılı olaraq bir neçə il azadlıqdan məhrumetmə cəzası var. Təcrübədən deyə bilərik ki, belə hallarda ailə üzvləri cinayət məsuliyyətinə cəlb olunub, amma ona azadlıqdan məhrumetmə cəzası verilməyib. Çünkü bu ana gəlib çatanda arvad hakimdən ərimi tutma deyə xahiş edir. Çünkü ailəni kişi saxlayır, birgə övladları var, övladları da anaya qarşı sən bizim atamızı həbsə atdırmısan deyə münasibətlər pisləşə bilər. Bu kimi hadisələrdə məsuliyyətə cəlbetmə hallarında hardasa yumşaqlıq varsa, bu, qanunun yumşaqlığından xəbər vermir. Kişilərə daha yüngül cəza verirlər”.

Vəkil deyir ki, əksər hallarda bu, effekt verir:
"Kişi anlayır ki, bir də arvada əl qaldırsa, artıq buna real azadlıqdan məhrumetmə cəzası da verilə bilər. Hesab edirəm ki, burada qanundan çox maarflənmə işləri aparılmalıdır. Bir şeyi xüsusi olaraq vurğulayım ki, Azərbaycanda məişət zorakılığı halları çox deyil. Boşanma ilə bağlı statistikaya baxın. Onların 90%-i qadınların təşəbbüsüdür. Boşanmaların əksəriyyəti zorakılığa görə deyil. Zorakılıq kişilərə qarşı da var. Kişinin ailədə hökmran mövqeyi tam sarsılmasa da, laxlayıb”.
Əkrəm Həsənovun sözlərinə görə, zorakılıq hallarının əksəriyyəti evdə kişinin qadın tərəfindən aşağılanmasından sonra başlayır:
"20-30 il bundan əvvəl belə hallar olmayıb. Amma deyə bilərəm ki, Azərbaycan cəmiyyətində qadının rolu həmişə yüksək olub. Azərbaycanın o zamankı filmlərinə baxaq. Məsələn, "Evlənmək istəyirəm” filmində deyir ki, heyif deyil Paris qadınları, bizim qadınlar uşaq doğmaq, əri ilə dimdik-dimdiyə gəlməkdən başqa nə bacarır. Bu o deməkdir ki, əvvəllər bizim qadınlar elə indiki kimi olub. Bu bioloji bir məsələdir, kişi güclüdür. Qadın dövlətə arxalanaraq kişini aşağılamağa başlayır. Kişi də zəifliyindən başlayır zor tətbiq etməyə. Normal kişi görsə ki, qadın ona tabe olmur, yollarını ayırmalıdır. Bu məsələdə maariflənmə işləri aparılmalıdır, tərəflərə rolları başa salınmalıdır. Bəlkə də kişilərə psixoloji yardım göstərilməlidir”.
Bahar Rüstəmli























































