Xəbər Lenti
Dünən, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
18-09-2026, 17:14
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 20:05
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
17-09-2026, 13:07
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
16-09-2026, 16:32
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
16-09-2026, 10:36
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
Dünyanın ehtiyat məlumatları Aya köçürülə bilərmi?
Kağız və qələm dövrü bitdikdən sonra istehsal etdiyimiz bütün rəqəmsal məlumatlar 30-40 il ərzində məhv olmağa məhkumdur. Bəs bu problemin həlli Ay ola bilərmi?
Qaynarinfo xəbər verir ki, tarix boyu böyük sivilizasiyalar mədəni irslərini min illər sonrasına çatdırmaq üçün daşlara və qayalara yazılar həkk edərək uğurlu nəticələr əldə ediblər. Lakin kağız və qələmin icadından sonra yaradılan məlumatlar bir neçə yüz il belə davam gətirmir. Rəqəmsal dövrdə isə məlumatlar, adətən, cəmi 10 il ərzində istifadə edilə bilməz hala gəlir.
Məsələn, 20 il əvvəl böyük maraqla CD və DVD-lərə yazdığımız məlumatlara, foto və videolarımıza artıq çətinliklə daxil ola bilirik. Bugünkü bulud saxlama xidmətlərində saxlanılan məlumatlar isə abunə haqqı ödənmədiyi halda bir neçə il ərzində silinir.
Daha təhlükəlisi isə əgər dünyada böyük fəlakətlər baş versə, texnologiyaya əsaslanan mədəniyyət infrastrukturu - ensiklopediyalar, bank məlumatları, əmlak və əhali qeydiyyatı kimi vacib məlumatlar məhv ola bilər. Hətta ehtiyat surətləri belə itə bilər.
Bu risklərdən qorunmaq istəyən qurumlar və hökumətlər üçün bir şirkət Ayda məlumatların ehtiyat nüsxəsini saxlamaq üzərində işləyir. Beləliklə, Yer üzündə baş verə biləcək hər hansı bir fəlakətə baxmayaraq, məlumatların bir surəti Ayda qorunacaq.
Florida mərkəzli "Lonestar Data Holdings" şirkəti 2021-ci ildə Ayda məlumat ehtiyatı saxlamaq məqsədilə yaradılıb. Şirkət 2021 və 2022-ci illərdə Beynəlxalq Kosmik Stansiyada (ISS) dünyanın ilk proqram təminatlı məlumat mərkəzini uğurla sınaqdan keçirib. Ötən il isə Ay səthində tam ölçülü məlumat saxlama testini həyata keçirib.
Bu il fevral ayında IM-1 "Odysseus Nova-C" kosmik aparatı Ayın cənub qütbünə eniş etdikdən sonra şirkət bir sınaq həyata keçirib. Bu test Ay səthindən Yerə effektiv məlumat ötürülməsinin mümkün olduğunu sübut edib.
Şirkət indi Ayda sabit dayanacaq bir məlumat mərkəzi qurmaq üçün çalışır. Bu serverlər iri maliyyə institutlarının və Yer üzərindəki ehtiyat saxlama stansiyalarının bir nüsxəsi kimi fəaliyyət göstərəcək. Bu xidmət istifadəyə verildikdən sonra digər şirkətlərin də kiçik raketlərlə Ay səthinə serverlər göndərib işə salması gözlənilir.
Lakin bunun baş tutması üçün şirkət əvvəlcə NASA və "SpaceX" ilə uyğun qiymətə razılaşmalı, Ay səthinə enəcək "SpaceX Athena" aparatına serverləri yerləşdirməlidir. Ancaq İlon Maskın hazırda Marsa insan göndərmək üçün NASA ilə rəqabət apardığı nəzərə alınarsa, bu planın 5-10 il daha gecikməsi mümkündür.
Aydın























































