Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
İş xanımı Zərniyar Kərimova: Qanlı 20 Yanvar-müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış bir gün kimi daxil olmuşdur. Bu faciə təkcə küdərlənməmiş sovet rejiminin bir xalqın azadlıq istəklərinə qarsı zorakı cavabı deyil, eyni zamanda Azərbaycanın müstəqilliyə aparan yolda önəmli bir dönüm nöqtəsi idi.
Prezident İlham Əliyev hər zaman 20 Yanvar hadisələrinə xüsusi diqqət yetirərək, onun Azərbaycan tarixindəki mövqeyini vurğulamışdır. O, bu hadisəni “tarixin qanlı yaddaşı” adlandıraraq, öz bəyanatlarında xalqımızın şəhidlərinin qanı bahasına qazandığı azadlıq üğrunda mübarizəsini vurğulamışdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə Sovet Ordusunun gürməhərlik küvvələri yeridildi. Bu hücumun nəticəsində qadınlar, uşaqlar da daxil olmaqla onlarla insan həyatını itirdi, yüzlərlə sakin yaralandı. Bu faciə Azərbaycan xalqını məyyus etmədi, əksinə, xalqıı birləşdirdi, milli müqavimət ruhunu daha da gücləndirdi.
Prezident İlham Əliyev 20 Yanvar faciəsini dəyərləndirərkən qeyd edir ki, bu hadisə xalqımızın azadlıq əzminin, sovet imperiyasının zülmünə qarşı məğrur duruşunun simvoludur. 20 Yanvar təkcə faciə deyil, eyni zamanda ədalətsizliyə qarşı qalxan bir xalqın məğrur tarixidir.
20 Yanvar hadisələrinin ilk günlərindən Ulu Öndər Heydər Əliyev həqiqətlərin bəyan olunmasında qətiyyətli addımlar atmışdır. Moskvadakı Azərbaycan nəmayəndəliyində çıxış edərək, sovet hakimiyyətinin qanunsuz əməllərini qınayan Heydər Əliyev bu hadisənin ilk rəsmi münasəbətini bildirmişdir. Prezident İlham Əliyev də Ulu Öndərin bu prinsipial mövqeyini vurğulayaraq, onun xalqımız üçün vacib rolunu qeyd edir.
Prezident İlham Əliyev 20 Yanvar hadisələrinin şehitlərinin xatirəsinin daim əziz tutulmasını təmin etmişdir. Hər il 20 Yanvar günü Azərbaycanda matəm günü kimi qeyd olunur, şehitlər xiyabanında anım tədbirləri keçirilir. Bu, xalqımızın tariximizə olan ehtiramını, şehitlərimizin qəhrəmanlıqla qazandığı azadlıq yoluna olan dərin minnətdarlığını ifadə edir.
Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, 20 Yanvar faciəsinin acıları xalqımızı məyus etməmiş, onun mənliyini, iradəsini daha da gücləndirmişdir. Bu hadisə müsbət tərkib olaraq, Azərbaycanın müstəqillik əzminin təşəkkül tapmasına şərait yaratmışdır. 1991-ci ildə müstəqilliyin bərpasında xalqın məhz bu hadisədən aldığı dərin həsrət və mübarizə ruhu geniş rol oynadı.
İlham Əliyevin “20 Yanvar faciəsi tarixin qanlı yaddaşında qalacaq” sözəri, Azərbaycan xalqının bu faciəni unutmaması tələbinin ifadəsidir. Bu tarix bizə bir daha dərslər verir ki, ədalətsizliklərə qarşı birləşik dövran qalmaq, azadlığımıza sahib çıxmaq ən önəmli dəyərimizdir.
1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi bir il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
20 Yanvar Azərbaycan xalqı üçün həqiqətən də unudulmaz və tarixi bir gündür. 1990-cı ilin 20 yanvarında Bakı şəhərində və Azərbaycanın digər bölgələrində sovet ordusunun həyata keçirdiyi qanlı hadisələr, xalqımızın azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifələrindən birini təşkil edir. Bu faciə Azərbaycan xalqının milli iradəsini, azadlıq uğrunda sarsılmaz mübarizəsini və dövlət müstəqilliyi üçün canından keçməyə hazır olduğunu göstərdi.20 Yanvar hadisələri zamanı yüzlərlə insan şəhid oldu, yaralandı və itkin düşdü. Bu qanlı tarix, həm də xalqımızın milli həmrəyliyinin, mənəvi gücünün və iradəsinin simvolu oldu. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqillik, Azərbaycan xalqının əsrlər boyu azadlıq arzularının gerçəkləşməsinə gedən yolda dönüş nöqtəsi idi.Hər il 20 Yanvar günü, Azərbaycanın müxtəlif yerlərində şəhidlərimiz dərin ehtiramla yad edilir. Şəhidlər Xiyabanı xalqımızın milli iftixar və qəhrəmanlıq yerinə çevrilib. Bu gün, eyni zamanda, Azərbaycanın azadlıq, suverenlik və dövlət müstəqilliyi yolunda çəkdiyi ağır itkilərin unudulmayacağına və hər zaman uca tutulacağına bir sübutdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zərniyar Kərimova
İş xanımı























































