Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2003-cü ildən həyata keçirməyə başladığı uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Cənab Prezident Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışmışdır.
Ali Baş Komandan Vətən müharibəsi günlərində döyüşən orduya tapşırıqlarını birbaşa özü vermişdir. Nəticədə üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Əldə edilmiş Qələbə regionda yeni reallıqların yaranmasına səbəb oldu.
Qələbənin şərtlərindən biri Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti olmuşdur. Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslər məhz Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsi oldu. Sentyabr ayında həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində ərazilərimizdə suverenliyimizin tam bərpası tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmiz modernləşərək sürətli inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Hazırda ölkəmizdə bütün sahələrdə yenilənmə müşahidə olunur. Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkə iqtisadiyyatında sürətli və davamlı inkişafa nail olmuşuq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır.
Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlib və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 2013-cü ildə ilk peykinin buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olub və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir.Son iyirmi ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, elm sahəsində də böyük uğurlara imza atılıb. Ölkəmizdə elm, istehsal və sahibkarlığın birgə inkişafına dəstək verilir, Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir, müxtəlif dövlət əhəmiyyətli sənədlər qəbul olunur.
Ad gününüz mübarək olsun cənab Prezident!
Həcər Emin qızı Hüseynova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, filologiya fakültəsi;
BAAU, MMU HETİ























































