AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
Xalqımız Prezidentimizi daim dəstəkləyir. Təbrik edirik CƏNAB PREZİDENT
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirən Prezident İlham Əliyev tarix yazmaqda davam edir. Bu gün biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin vətəndaşları olmağın tükənməz qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olaraq qalacaq.
Ölkə rəhbəri öz titanik dövlətçilik fəaliyyəti, müdrik siyasəti, liderlik keyfiyyətləri ilə ötən 20 ildəki arzuların ana xətti olan Qarabağ amalını vahid hərəkat halına gətirdi, xalqımızı xoşbəxtlik məqamına ucaltdı. Odur ki, cənab İlham Əliyev Azərbaycan xalqının böyük etimad göstərdiyi və rəğbət bəslədiyi alternativsiz liderdir.
Bu gün ölkəmizə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda, Xankəndidə yenidən dalğalanmasına nail oldu. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gərməsi də dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.
Hər birimiz 7 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səsimizi verdik. Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək səhiyyə işçisi olaraq hər birimizin vətəndaşlıq borcudur.
Möhtərəm cənab Prezident, bu gün dünyada Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində əldə edilən uğurların qürur və sevinc hissi ilə yaşayır və fəaliyyət göstərirlər. Otuz illik həsrətdən sonra Siz Müzəffər Lider olaraq Azərbaycanın əzəli torpaqlarını düşməndən azad etdiniz və ölkənin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Dünyada yaşayan yüz minlərlə azərbaycanlı növbədənkənar Prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə ürəkdən təbrik edir.
Hörmətli cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına xoşbəxt və firavan həyat arzu edir, Qarabağımızda görülən bərpa-quruculuq işlərində uğurlar diləyirəm. Biz birlikdə güclüyük!
Rauf Həbibov
Hazırladı: Hacı Pərviz Həsənli