Xəbər Lenti
Dünən, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Dünən, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
14-07-2026, 14:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
13-07-2026, 21:22
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
13-07-2026, 21:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
13-07-2026, 20:06
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
24 Dekabr 2022 18:16Siyasət
“Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” konfransının iştirakçılarının Prezident İlham Əliyevə müraciəti
Dekabrın 24-də “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda keçirilən konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlanıb.
AZƏRTAC müraciəti təqdim edir.
“Möhtərəm cənab Prezident!
Heydər Əliyev ideyaları əsasında müstəqillik və tərəqqi yolunda inamla addımlayan Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır və möhtəşəm uğurlara imza atır. Xüsusilə də, Vətən müharibəsində Sizin komandanlığınızla Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər təkcə 30 il ərzində hərbi-siyasi əsarətdə qalmış doğma yurd-yerlərimizin azad olunması ilə deyil, eyni zamanda, tarixi ədalətin və milli qürurumuzun bərpası ilə əlamətdardır. 44 günlük Zəfər yürüşünün hər anı, hər məqamı qəhrəmanlıq dastanı, əzmkar Azərbaycan xalqının şərəfli mübarizə nümunəsidir.
Tariximizdə bənzəri olmayan bu qürurverici hadisə - parlaq Qələbə nəticəsində yeni çağırışlar və reallıqlar meydana çıxmış, hərb müstəvisində qazanılmış Zəfərin diplomatik arenada və quruculuq meydanında möhkəmləndirilməsi üçün yeni hədəflər müəyyən olunmuşdur. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə Sizin rəhbərliyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması xalqımızın daha bir arzusunun yerinə yetirilməsinə – Böyük Qayıdışın yüksək səviyyədə təmin olunmasına geniş imkanlar yaradır.
Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qalib və qüdrətli Azərbaycan dövlətinin məğrur vətəndaşları kimi işıqlı gələcəyə aparan yolda birgə addımlayır, işğaldan azad edilmiş ərazilərdə qurub yaratmaqla tarixi Qələbə ovqatında Zəfər yürüşünü davam etdiririk. Sizin əminliklə vurğuladığınız kimi, “biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Azərbaycan xalqı şanslı və xoşbəxtdir ki, Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan qətiyyətli Liderin – Sizin rəhbərliyiniz altında zirvələr fəth edir, şanlı tarix yazır və adını tarixə əbədi həkk etdirir.
Hörmətli cənab Prezidentimiz!
Biz, konfrans iştirakçıları tariximizin ən parlaq Qələbəsini Azərbaycan xalqına bəxş etdiyiniz, uca millətimizi Zəfər zirvəsinə yüksəltdiyiniz, üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərdə əzəmətlə dalğalanmasını təmin etdiyiniz və Böyük Qayıdış arzularını reallığa çevirdiyiniz üçün Sizə dərin təşəkkürümüzü ifadə edir, sonsuz minnətdarlığımızı bildiririk.
Fürsətdən istifadə edərək, Sizi doğum gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, dövlətçilik maraqlarına, xalqımızın ali mənafeyinə və milli-mənəvi dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Allah Sizi qorusun!